Xocavənd rayonundan saytımıza daxil olan məlumata görə rayonun yeni maliyyə idarəsinin müdiri İslam Allahevrdiyev öz işçilərinə qarşı “səxavətli” davranışları ilə seçilməyə başlayıb. Belə ki, idarə müdiri 4 əsas işçisinə ay ərzində əmək haqqılarından əlavə paketdə verir. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, İslam Allahverdiyev vaxtı ilə Beyləqan “Kapital Bank”ının müdiri işlədiyi dövrlərdə də bu cür paket sistemindən istifadə edib. Həmin vaxtlar İslam Allahverdiyev paketi yalnız kredit şöbəsinin müdirinə və iki işçisinə verirmiş. Çünki Beyləqan “Kapital Bank”da vətəndaşlara verilən kreditlərin əksəriyyəti İslam Allahverdiyevin pulu idi. Həmin dövrlər İslam Allahverdiyevin bankın adı ilə külli miqdarda vəsaitini kredit şəkilndə yüksək faizlə vətəndaşlara verdiyini və maxinasiyadan il ərzində yüz min manatlarla qazanc əldə etməsi barədə məlumat vermişdik. “Kapital Bank”da maliyyə maxinasiyalarına görə işdən çıxarılan İslam Allahverdiyev 2 həftə keçməmiş Xocavənd maliyyə idarəsinin müdiri vəzifəsinə keçdi. Xocavənd sakinlərinin iddiasına görə rayon maliyyə idarəsinin müdiri keçmək İSlam Allahverdiyevə 100 min manata başa gəlib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin məlumatına görə vəsaitin yarısı rayon, yarısı isə maliyyə nazirliyinin rəhbərliyinə xərclənib. Qeyd edək ki, İslam Allahverdiyevin Xocavən maliyyə idarəsində sələmlə məşğul olması barədə hələ bir neçə ay bundan qabaq oxucularımıza məlumat vermişdik. İndi isə Xocavəndəki mənbələrimiz yenə də təsdiq edirlər ki, maliyyə idarəsinin müdiri sələm işini davam etdirir və demək olar ki, Beyləqan, Xocavənd, hətta Füzuli rayonun bir çox məmurları, idarə müdirləri təcili pul lazım olanda İslam Allahverdiyevin yardımından bəhrələnirlər. Maliyyə idarəsinin müdiri isə öz növbəsində 8 faizlə məmurlara sələm verir. Xocavəndəki mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, İslam Allahverdiyevin işçilərinə paket verməsinin əsas səbəbi işçilərin onun maliyyə maxinasiyalarından xəbər tutması və bir çox əməliyyatlara göz yummalarıdır. Əslində istənilən bir işçi idarə müdirinin hər hansı bir maxinasiyasına göz yummağa məcburdu. Çünki Azərbaycan realığında şikayət edən işçi anında işindən azad olunur və böhtan atdığı deyilir. Buna görədə Xocavənd maliyyə idarəsinin işçiləri sakit durmaqla İslam Allahverdiyevdən “halal” paketlərini almağa məhkumdurlar. Aldığımız məlumata görə İslam Allahverdiyev Xocavənd rayon kənd icra nümayəndələrinin və komunal idarənin adına əvvəlcədən vəsaitlər yazdıraraq həmin pulları bankdan çıxardaraq əlində fırladır. Yəni idarə müdiri indi öz pulu deyil dövlətin vəsaitini sələm kimi istifadə edir.. Çünki “Kapital Bank”dakı çirkin işlərindən və vəzifəsindən çıxdıqdan sonra İslam Allahverdiyev əlindəki 1 milyon manata yaxın vəsaiti Bakı şəhərində bir neçə obyekt və ev alınmasına yatırıb. İdarə müdirinin Beyləqandna yalnız 200 hektar torpaq sahəsi və 500 yaxın qoyunu qaldığı deyilir. İndi isə dövlətin vəsaitini məmurlara sələm verməklə yaxşı qazanc əldə edir. Xocavənd maliyyə idarəsinin müdirinin maxinasiyaları barədə yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?