APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun evinin qarət edilməsi faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanış iş üzrə müvafiq ekspertizalar təyin edilib. Mənzildən götürülmüş barmaq izləri ekspertizaya göndərilib, həmçinin, əməliyyatçılar ərazidəki təhlükəsizlik kameralarının görüntülərini incələyirlər.
Qeyd edək ki, M.Aslanovun evindən 8 min manat dəyərində qızıl və 540 manat pul açar seçmə yolu ilə oğurlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?