GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda yanan bina faciəsi hələ bitməyib

Bakıda yanan bina faciəsi hələ bitməyib

Tarix: 20-05-2016, 02:32 Bölmə :Ölkə Baxış: 0
Bakıda yanan bina faciəsi hələ bitməyib

...Düz 1 il əvvəl - mayın 19-da Bakı səhəri dəhşətli xəbərlə açdı. Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvandakı binada baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər dünyasını dəyişdi, 50-dən çox sakin ağır xəsarətlər aldı.

Bina təmir ediləndən sonra bir çoxları mənzilini dəyər-dəyməzə sataraq köçüb. Əzizlərinin ölümünə səbəb olmuş o evə qayıtmaq istəməyiblər.

...Bu gün - o dəhşətli faciənin ildönümündə sakinlər binanın önünə toplaşaraq ölənlərin xatirəsini anıblar. Binaya gedən yola qərənfillər düzülüb, tüstüdən boğularaq dünyasını dəyişən balaca Fərəhin oynadığı oyuncaqlar düzülüb, şam yandırılıb. Ötüb keçənlərin “Burda nə baş verib?”, “İnsanlar niyə toplaşıb” suallarına təəssüflü baxışlarla dua oxunub.

“Torpağın üzü soyuq olur. Faciə çox tez unuduldu”, - bina sakinlərindən biri deyir.

Binanın ətrafında qazıntı işlərinə başlanılıb. Əraziyə qum tökülüb, binaya gedən digər yolda isə pilləkənlərin üzərinə daşlar yığılıb, üstəlik əraziyə tökülən su ətrafı keçilməz edib.

“Dünən ətraf təmiz idi. Bu gün hər yerə qum tökülüb, daş qoyulub. Guya ki, kimsə burda təxribatla məşğul ola bilər”. Bunu isə sakinlərdən biri deyir. Sonra bir qadın Binəqədi Rayon İcra Hakimiyyətinin sakinlərə yaratdığı şəraitdən razılıq etməyə başlayır. “Sağ olsunlar, bütün şəraiti yaratdılar. Bizim heç bir problemimiz yoxdur”. Qadının sözləri toplaşan sakinlərin narazılığına səbəb olur. Və o da bəlli olur ki, icra hakimiyyətinə razılıq edən yaşlı qadın bina sakini deyilmiş.

Bakıda yanan bina faciəsi hələ bitməyib

Bina sakini Səbinə Manafova deyir ki, faciənin anım tədbirini sakinlər öz təşəbbüsləri ilə keçirirlər: “Biz öz təşəbbüsümüzlə anım günü keçiririk. İstəyirik ki, baş vermiş hadisədə doğmalarını itirən qonşulara mənəvi dəstək olaq”.

S.Manafova faciənin baş verdiyi günü də xatırlayıb: “Anam evdə tək olub. Biz evimizdə pişik saxlayırdıq. Anam yatıbmış, pişik onu oyadıb. Anamı pişik xilas edib”.

51-ci mənzilin sahibi Afət xanım isə hadisədən sonra şəkər xəstəliyinə tutulduğunu deyir: “Tüstüdən boğulmuşdum. Bəs haradadır o şirkətlərin rəhbərləri? Heç olmasa gəlib başsağlığı versinlər. Ölənlərin il mərasiminin keçirilməsi üçün şərait yaratsınlar. Binanın həyətində mağar qurub ehsan verməyimizə kömək etsinlər. Biz onlardan pul istəmirik. Binanın həyətində mağar qoymağa şərait yoxdur”.

Sakin deyir ki, dövlət tərəfindən şərait yaradılıb. Lakin bəzi məmurlar dövlətin verdiyi vədləri yerinə yetirməməklə sakinləri narazı salmaq istəyirlər: “4 ay bizim kirayə pulumuzu ödədilər, evimizi təmir etdilər. Demişdilər ki, soyuducu, televizor və digər məişət əşyaları verəcəklər. Evə mebel qoyulub. Amma tək taxta ilə iş bitmir. Çay içməyə stəkandan tutmuş yorğan-döşəyə qədər hər şeyə ehtiyacımız vardı. Aldatdılar ki, soyuducu, televizor verəcəklər, amma dediklərini etmədilər. Bəzilərinin nə qədər pulu yandı, qızılı itdi. Dedilər ki, kompensasiya veriləcək. Hələ məhkəməni gözləyirik. Yəni verilən vədləri yerinə yetirmədilər. Bizi dövlətdən narazı salmaq istəyənlər belə etdilər”.

Bakıda yanan bina faciəsi hələ bitməyib

16-cı mərtəbədə yaşayan Mələk Əliyeva isə yanğından az əvvəl evini təmir etdiyini deyir: “Hadisə vaxtı iki azyaşlı nəvəm evdə idi. Buna görə də, evdən heç nə çıxara bilmədim. Nəvəmin biri astma xəstəsi olub. İndiyə qədər onun müalicəsini aparıram. Evi təmir ediblər, amma boş evə girmişəm. Bizə dedilər ki, evə köçün, nə istəsəniz edəcəyik. Bizə kompensasiya verməyiblər”.

Ətrafda dayanan sakinlər də söhbətə qoşulurlar: “Bəzi evlərə kondisioner, soyuducu qoyublar, sonra da söküb aparıblar. Kimsə deyir ki, bizə 10 min manat kompensasiya verilib. Amma heç nə verməyiblər. Qorxudan kompensasiya haqqında danışa da bilmirik”.

Bəli, sakinlər kompensasiyadan, puldan danışmaqdan qorxurlar. Səbəb isə odur ki, son zamanlar binada oğurluq edilir. “Camaat danışmağa qorxur. O gün gəlib bloklardan istilik sistemlərini söküb aparıblar. Liftdən ventilyatoru oğurlayıblar. Hələ çox şey oğurlanıb. Polisə də məlumat vermişik. Amma yenə də qorxuruq”, - deyə sakinlərdən biri əlavə edir.

Binanın yaxınlığında hüzür mərasimi keçirilir. “Bəlkə günortadan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri gəldilər”, - məclisin keçirdiyi ərazini göstərən bir sakin deyir. Amma yas mərasiminə girməyə icazə vermirlər.

...Hadisədən sonra binaların fasadına vurulan tezalışan poliuretan materiallar söküldü, səbəbkarlar həbs edildi. Amma baş vermiş faciənin ağrı-acısı hələ də azalmayıb. “Gecələr yuxuda hər şey təkrarlanır, bina yanır, tüstüdən boğuluram. İnsanların təlaşı, qadınların qışqırtısını eşidirəm. Qonşu deyir ki, o da özünü pəncərədən atan oğlanı, Fərəhi yuxuda tez-tez görür. Kabusa çevrilən o gün bütün sakinləri yandırdı. Kimi öldü, kimi gecələr ölür...” Bizi yola salan qadın göz yaşını silir...

Bakıda yanan bina faciəsi hələ bitməyib

Qeyd edək ki, bina “Global Construction” şirkəti tərəfindən üzlənib. İddialara görə, bu firma Beynəlxalq Bankın tərəfdaşı olub.

16 mərtəbəli binada yanğınla əlaqədar “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov saxlanılıb.

Baş Prokurorluğun hadisədən sonra yaydığı məlumatda deyilir ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına, qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Tutulanlar arasında “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov da var. O, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qudasıdır.

Onu da xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə binanın təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat ayrılıb. Yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat birdəfəlik maddi yardım verilməsi tapşırılıb.

Ülviyyə Xudiyeva

Fotolar Samirə Həsənovanındır

Bakıda yanan bina faciəsi hələ bitməyib
Bakıda yanan bina faciəsi hələ bitməyib
Bakıda yanan bina faciəsi hələ bitməyib
Bakıda yanan bina faciəsi hələ bitməyib
Bakıda yanan bina faciəsi hələ bitməyib
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Yanan bina təmirdən sonra (VİDEO)

    Yanan bina təmirdən sonra (VİDEO) ...

    29-09-2015, 11:21

  • 
  • Binəqədidə yanan binanı təmir edən briqada dəyişdirilib

    Binəqədidə yanan binanı təmir edən briqada ...

    28-07-2015, 19:17

  • 
  • Xaləddin İsgəndərovun vicdanına yazılan faciədən 3 il ötür - "Yanan bina"

    Xaləddin İsgəndərovun vicdanına yazılan faciədən ...

    19-05-2018, 15:40

  • 
  • Bakıda yanan bina ilə bağlı SON XƏBƏR

    Bakıda yanan bina ilə bağlı SON XƏBƏR ...

    24-07-2017, 12:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu