Azərbaycanda tərcüməçilərin elektron məlumat bazası yaradılır.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, indiyədək bazaya Azərbaycan dili üzrə 16, ingilis dili üzrə 74, rus dili üzrə 26, alman dili üzrə 11, türk dili üzrə 16, ərəb dili üzrə 13, fars dili üzrə 12, fransız dili üzrə 9, ispan-portuqal dilləri üzrə 15, çex dili üzrə 4, yunan dili üzrə 3, italyan dili üzrə 5, müxtəlif dillər üzrə 7 tərcüməçi barədə məlumat daxil edilib.
Qeyd olunub ki, tərcüməçilər arasında texniki, maliyyə, humanitar, elmi-publisistik və s. sahələr üzrə tərcümə işi görənlər, eyni zamanda sinxron tərcüməçilər var: "Tərcüməçilər özləri haqqında məlumat daxil edəndə yazırlar ki, müəyyən bir sahə üzrə, məsələn, hüquq sahəsi üzrə tərcüməçiliklə məşğuldur. Amma onun bu sahə üzrə etdiyi tərcümənin keyfiyyətini biz hələ bilmirik. Biz indi sadəcə məlumatları toplayırıq. Bu tərcüməçilər hələ akkreditə olunmayıblar".
Mərkəzdən bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən tərcüməçilərin indiyədək çox az qismi bazaya daxil olması üçün müraciət edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?