Bir qrup iş adamları Bakı Abadlıq Xidməti MMC-nin onları aldatmaları barədə redaksiyamıza şikayət məktubu göndərmişdir.
Xatırladaq ki, Bayıl qəsəbəsində Üzgüçülük Arenasının inşası zamanı çirkli torpağın çıxarılaraq yerinə təmiz torpaq gətirilməsi; ARDNŞ-nin inzibati binasında abadlıq işləri; Olimpiya Stadionunda görülən abadlıq işləri və digər çox əhəmiyyətli obyektlərdə çalışmış şikayətçilər qəti olaraq bu qənaətdədirlər ki, onlara çatası pullar «Bakı Abadlıq Xidməti MMC» — nin rəhbərliyi tərəfindən mənimsənilib. Çünki sadalanan hər üç işin sifarişçisi Dövlət Neft Şirkəti olub, TEKFEN vasitəçiliyi ilə pulları “Bakı Abadlıq Xidməti” MMC-nin hesabına köçürüb. Pullarını tələb etməkçün müəssisənin direktoru Emin Məmmədovun qəbulunda olsalar da, müsbət nəticə hasil olmayıb.
Odur ki, şikayətçilərin dəvəti ilə 29.09. 2015-ci il tarixdə sözügedən müəssisənin paytaxtın Nərimanov rayonunda yerləşən ofisinə yollandıq. Biz yurnalist vəsiqəmizi müəssisənin rəhbərliyinə təqdim edərək onların konkret nə cavab verəcəyini audio-vizual qeydə almaq istəyirdik. Baş verənləri müşahidə edən MMC-nin direktoru Emin Məmmədov qəflətən otağından bayıra sıçrayaraq, sinəmə yumruqla zərbə endirərək, cihazı əlimdən aldı və yenidən kabinetinə girərək qapını arxadan bağladı. Bir neçə dəqiqədən sonra onun ardınca kabinetinə daxil olduqda, stolunun üstündəki dəftərxana qayçısı ilə mənə hücum etddi və yenə həmin qayçı ilə cihazı zədələyərək yararsız hala salmışdır. Cihazı ondan geri almağa çalışanda isə köynəyimi də cırmışdır.
Mən baş vermiş insident barədə “102” xidmətinə zəng vurandan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, insident iştirakçılarını 17-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində ərizə-izahat verəndən sonra . Emin Məmmədov və Firdovsi adlı işçisi baş verənlərə görə mənə üzrxahlıq bildirdilər. Söz verdilər ki, şikayətçilərin pulları, həmçinin sındırılmış cihazın dəyəri sabah ödəniləcək. Bölmə rəisi Samir müəllim tövsiyə etdi ki, şikayətimi geri götürüm.
Ertəsi gün saat 11.00-də müəssisənin ofisi qarşısına toplaşıb vədin yerinə yetirilməsini gözləməyə başladıq. Gözləntimizin əksinə olaraq, müəssisə rəhbərliyinin mövqeyinin dəyişdiyinin şahidi olduq.Şikayətçilərə bildiriblər ki, gedin hara istəyirsiniz şikayət edin,bizim arxamızda Prezident Admnistrasiyasında məsul vəzifədə çalışan Hikmət müəllim dayanıb. Bu azıymış kimi, MMC-nin qeyri-rəsmi rəhbəri Bünyad Qasımovun ismarıcı gəlib yetişdi ki, pullar verilməyəcək, jurnalisti də (yəni mənim) aradan götürdüb axırına çıxacağıq. Görünür, müəssisə rəhbərliyi aldatdığı tərəf müqabillərindən mənimsədiyi külli miqdarda pulu qaytarmaqdansa, bir jurnalistin “axırına çıxmağı” daha məqsədəuyğun, daha sərfəli variant hesab edir.
Həmin şikayətçilər ilə birlikdə məktubda göstərilən faktları araşdırmaq üçün Baki Abadlıq Xidməti MMC-nin ofisində olub, çəkiliş apardıq. Həmin çəkilişi sizə təqdim edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?