Tərtər rayonunda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Şıxarx kəndi - 3 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 22 000 kv. m ərazi yoxlanılmışdır.
Qarağacı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 122mm-lik mərmi aşkar edilmiş, nəticə etibarı ilə 200 kv. m ərazi yoxlanılmışdır.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 4500 kv. m ərazi yoxlanılmışdır.
Ağcabədi rayonu
Hacılar kəndi - 3 əkin sahəsində, 1 orta məktəbin həyətində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 26 000 kv. m ərazi yoxlanılmışdır.
Füzuli rayonu
Şükürbəyli kəndi - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 1 740 kv. m ərazi yoxlanılmışdır.
28 may tarixində 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 1 orta məktəb ərazisində, 24 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (3 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 54 440 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 28 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 536 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Sorğu
Yeni dizaynımız necədir?