"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dövlət zəmanəti altında cəlb edilən borclarının həcmi 650 milyon manatı ötür.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında AZAL-ın aviaparkının yenilənməsi zərurəti barədə bəzi deputatların bəyanatlarına cavab verərkən deyib.
Onun sözlərinə görə, bu vəsaitlər yeni təyyarələrin alınması üçün nəzərdə tutulub.
S.Şərifov qeyd edib ki, AZAL-ın dəstəklənməsi hökumətin həmişə diqqət mərkəzindədir: "QSC hökumətdən mütəmadi olaraq müxtəlif yardımlar alır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?