GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır

“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır

Tarix: 1-06-2016, 20:01 Bölmə :Ölkə Baxış: 0
“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır

Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə hazırlıqlarını başa çatdırıb.
"Report" xəbər verir ki, yüksək səviyyədə həyata keçirilən və uğurla yekunlaşdırılan hazırlıqların ən diqqət çəkən məqamı istirahət məkanının dənizkənarı çimərlik zonasına yeni lacivərt qumun gətirilməsidir. Bununla da “Dalğa Beach-Aqua Park”da qonaqlar üçün ümumi dənizdən istifadə zamanı daha fərqli imkanlar yaradılıb.
Bundan başqa, əvvəlki ildən fərqli olaraq istirahət məkanının dənizə baxan hissəsində 2 yeni hovuz tikilib. Bura istirahətə gələnlər hovuzun içərisində əyləşərək dənizin gözqamaşdıran mənzərəsini seyr edə-edə dincələ biləcəklər. Yeni hovuzların sayəsində “Dalğa Beach-Aqua Park” ərazisi daha da genişlənib.
Mərkəzdəki "Night club" artıq ötən ilki kimi deyil, yeni mövsümdə "Xoxo karaoke club" olaraq fəaliyyət göstərəcək. Bu klubun şəhərdə də geniş taninmış və populyar şəbəkəsi mövcuddur və istirahətini maraqlı və yaddaqalan keçirmək istəyənlərin ən çox seçdikləri məkanlardan biridir.
İstirahət məkanının ərazisində müəyyən kosmetik dəyişikliklər də aparılıb. Qonaqların ümumi ərazidə əlavə xidmətlər almaq istədikləri yerlər daha da genişlənib.
İstirahət məkanının bəzi restoranlarının ümumi quruluşunda və xidmət göstərmə üslubunda dəyişikliklər edilib. Belə ki, “Kabab evi” və "Pull bar"da ötən il yalnız qızmar havada istifadə etmək mümkün idi. Lakin restoranın kənarlarının bağlanması üçün şüşə qatının olmaması səbəbindən soyuq havada fəaliyyəti məhdudlaşırdı. Hazırda həmin restoranlar cam balkonla örtülüb. Yəni həmin məkanlardan soyuq havalarda da istifadə etmək mümkün olacaq.
“Dalğa Beach-Aqua Park”ın diqqətçəkən məkanlarından olan "Mayak" restoranı yeni üslubda işləyəcək. Bu il restoranda tanınmış “Jazz Center” fəaliyət göstərəcək. Orada, qonaqları həftənin altı günü hər axşam canlı jazz musiqisi gözləyir. Eyni zamanda “Pool bar”-da hər gün canlı musiqi və DJ, “Xəzri” restoranında və “Xoxo karaoke club”-da həftəsonu canlı musiqi olacaq. “Pool bar” və “Yelkən” restoranları həftənin bütün günləri, “Xoxo karaoke club” isə hər gün 18:00-dan 06:00-dək işləyəcək.
Balaca qonaqlar üçün şən animatorlar hər gün uşaq zonasının ətrafında olacaq. Bu il keçən ildəki kimi “Sevimli bala” uşaqlar klubu da fəaliyyət göstərəcək.
Bu il gözəllik salonu və spa olan “Kepro” da “Dalğa Beach-Aqua Park”ın ərazisində fəalliyət göstərir.
Qonaqların rahatlığı üçün yeniliklərini davam etdirən istirahət mərkəzi daha rahat və yüksək xidmət göstərmək üçün müasir texnologiyaların ən son nailiyyətlərindən maksimum faydalanır. “Dalğa Beach-Aqua Park” bu yenilikləri edərkən ötən il istirahətini burada keçirən qonaqların istək və arzularını əsas götürüb, onların təkliflərini maksimum səviyyədə reallaşdırmağa çalışıb. Həyata keçirilən yeniliklər nəticəsində istirahət məkanının xidmət sferası ən son texnologiya və avadanlıqlarla təchiz olunub.
“Dalğa Beach-Aqua Park”da bu il üçün qəbul prosesi sürətləndirilib. Artıq növbədə gözləmə halları olmayacaq. İstirahət mərkəzi müştəriləri qısa vaxt ərzində qeydiyyata ala biləcək.
Qonaqlara verilən qolbaqlar vasitəsilə həm paltarların qoyulması üçün rəflərin seçilməsi, həm də ərazidə ödənişlərin olunması ötən illə müqayisədə çox ciddi fərqlə daha üstün şəkildə qurulub. İstirahət mərkəzində insanlara rəflərin nömrəsi əvvəlcədən verilməyəcək. Qonaqlar sərbəst şəkildə istədikləri rəfi seçə biləcəklər.
Ən çox diqqət çəkən məqam isə əksər istirahət mərkəzlərində bu mövsüm qiymət artımının olmasına baxmayaraq, “Dalğa Beach-Aqua Park”da qiymətlərin ötən mövsüm olduğu səviyyədə qalmasıdır. Digər gözəl aksiya ondan ibarətdir ki, “Dalğa Beach-Aqua Park”da iyun ayının 15-dək cütlüklər üçün giriş pulsuz olacaq, aksiya bitdikdən sonra isə köhnə qiymətlərlə fəaliyyətini davam etdirəcək.
Buranı seçənlər istirahət məkanında həyata keçirilən və insanı heyrətləndirən bəzi yeniliklərin də canlı şahidi olacaqlar.

“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır
“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır
“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yeni mövsümə yeniliklərlə başlayır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xalqın cibini düşünməyən "aqua park"lar

    Xalqın cibini düşünməyən "aqua park"lar ...

    23-06-2017, 13:04

  • 
  • Özəl çimərliklərin “yandıran” qiymətləri – SİYAHI

    Özəl çimərliklərin “yandıran” qiymətləri – SİYAHI ...

    28-06-2018, 20:25

  • 
  • Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

    Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı ...

    10-12-2019, 12:42

  • 
  • Beach Volleyball | Baku 2015 (CANLI)

    Beach Volleyball | Baku 2015 (CANLI) ...

    16-06-2015, 09:38

  • 
  • Astarada dənizkənarı park-bulvar kompleksinin ərazisi genişləndiriləcək

    Astarada dənizkənarı park-bulvar kompleksinin ...

    8-06-2017, 18:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu