Bakıda özünü dənizə ataraq intihar edən kişinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dənizdən meyidi tapılan şəxsin gözləri göy, saçı sarı rəngdədir, əynində qara mayka və tünd rəngə cins şalvar olub.
Meyidin üzərinə baxış keçirilərkən bədəninin müxtəlif yerlərində döymələr aşkar edilib.
Polis meyidi tapılan şəxsin fotolarını da təqdim edib. Onu tanıyanlardan (012) 492-02-02 və (077) 513-10-46 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, 30-35 yaşlı kişi ötən gün səhər saatlarında Dənizkənarı Milli Parkda özünü dəniz ataraq intihar edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?