İyunun 1-də, axşam saat 19:30 radələrində Bakının Rəşid Behbudov küçəsində yol qəzası baş verib.
gundemxeber.az avtosfer.az-a istinadən bildirir ki, xanım sürücünün idarə etdiyi "Nissan Tiida" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb və oradakı işıqforu aşırıb. Şahidlərin bildirdiyinə görə, xanım sürücü Zərifə Əliyeva küçəsi ilə hərəkətdə olarkən Rəşid Behbudov küçəsinə dönmək istəyib. Lakin dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyi üçün avtomobil səkiyə çıxıb və işıqforu aşırıb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyməyib, xəsarət alan da yoxdur. Lakin yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?