Gədəbəy rayonunda dəhşətli qətl törədilib. Gununsesi.info xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakini, 74 yaşlı Səyyad Ələsgərov və onun həyat yoldaşı 88 yaşlı Bəsti Alıyevanın üzərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkarlanıb. Mərhumların 3 qız bir oğlan övladları var. Hər biri ailə qurararq ayrı yaşayır. Səyyad Ələsgərovun oğlu Rəfael Alıyev bildirib ki, valideynlərinin heç kəslə şəxsi qərəzliyi olmayıb. Qətlin tamah məqsədi ilə törədilməsinə isə heç kəs inanmır. Qohum qonşuları da ahıl insanların sakit, heç kəslə işləri olmadıqlarını, hamıya yaxşılıq etdiklərini bildiriblər. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?