2016-2017-ci tədris ili üçün Azərbaycanda müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 563 vakansiya Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir.
İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.
Qeyd edək ki, iyunun 1-dən Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq.
Ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?