Qaxda küləklə müşahidə olunan yağış sonradan selə çevrilib.
Güclü külək nəticəsində rayonun Qaradolax və Üzümül kəndlərində 15-ə yaxın işıq dirəyi aşıb, əhaliyə elektrik enerjisinin verilişində problemlər yaranıb.
Kanal S (Region TV) xəbər verir ki, Qax elektrik şəbəkəsinin əməkdaşları həmin əraziyə cəlb olunublar, qırılan işıq dirəkləri və hava xətləri bərpa olunaraq, əraziyə elektrik enerjisinin verilişi bərpa olunub. Güclü külək kənddəki bəzi tikililərə, eləcə də taxılçılıqla məşğul olan fermerlərin sahələrinə ciddi ziyan vurub.
Qeyd edək ki, güclü külək və yağışın yağması nəticəsində hər iki kənddə ümumilikdə 1450 hektar taxıl sahələrinə ciddi ziyan dəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?