Ermənistana keçən Qətibə Ələkbərovanın anası Kübra Ələkbərova azvision.az-a açıqlamasında qızının ruhu xəstə olduğunu təsdiqləyib. Anasının bildirdiyinə görə, Q.Ələkbərova bundan öncə də bir neçə dəfə itkin düşüb.
"Qızım ruhi xəstədir. Dövlət tərəfindən ona pulsuz dərmanlar verilirdi. Qətibə hər gün dərman atmasa, yaşaya bilməz. Dərmanlar onun əsəblərini sakitləşdirir, yoxsa dəli olar.
Neçə gün idi, Qətibəni axtarırdıq, onun Ermənistana keçməsini qonşulardan eşitdik. Qızım sərhədi necə keçib, hansı yolla gedib, deyə bilmərəm. Qətibə bundan öncə heç kimə xəbər vermədən Bakıya qaçmışdı. Sonuncu dəfə bacısı ilə yatırmış. Birdən gecə saat dörddə oyanıb və həyətə düşüb. Ondan sonra qızımdan xəbər ala bilmədik. Eşitdik ki, Ermənistan tərəfə keçib. Qızıma görə çox narahatam...Xahiş edirəm, dövlət qurumları qızımın qaytarılması üçün bizə kömək etsinlər", - deyə Kübra Ələkbərova vurğulayıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?