gundemxeber.az Kəpəz TV-yə istinadən məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində baş verib. Kənd qəbiristanlığında dəfn edilən Vidadi Yolçuyevin məzarının ətrafında olan dəmir hasar oğurlanıb.
10 metrə yaxın uzunluğu olan dəmirdən hazırlanan hasar qəbir daşlarını qəbiristanlıqda otlayan mal-qaradan qoruyur. Yolçuyevlər belə hadisələrin baş verməsini məzarlıqda gözətçilərin olmaması ilə izah edirlər. Gündüz saatlarında orada çalışan Şamo Əliyev isə gözətçi kimi məvacib almasa da, məzarlığı qoruduğunu deyir. Amma o, gecə saatlarında evinə getdiyindən oğurluq hadisəsindən xəbərsiz olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?