Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir.
gundemxeber.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu məqsədlə rayonun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yandırılma yolu ilə məhv edilir. Növbəti belə tədbir ən ucqar yaşayış məntəqələrindən olan Astaf kəndində keçirilib. Polis əməkdaşları ümumi çəkisi 1 ton 400 kiloqram olan 5300 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1 və 2 metr arasında dəyişib. Ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 5 tona yaxın çətənə kolları aşkarlanıb.
Samir Həsənov - təhqiqatçı: "Daşkəsən rayonunun Astaf kəndində Yolqullar adlanan ərazidə xeyli miqdarda çətənə kolları yandırılma yolu ilə məhv edildi".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?