Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Xəbəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yayıb.
Xəbərdə qeyd edilir ki, IX sinif üzrə 31256 şagirddən 318 nəfəri imtahana qatılmayıb. 2 nəfər qaydaları pozduğundan (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. 1 nəfər isə sual kitabçası və cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyindən onun nəticələri ləğv olunub. İştirakçılardan yalnız 103 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif üzrə isə 24679 şagirddən 289 nəfəri imtahana gəlməyib. 21 nəfər qaydaları pozduğundan imtahandan xaric edilib. İştirakçılardan 154 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Sorğu
Yeni dizaynımız necədir?