GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Toydan sonra “sxodka”, taleyi dəyişən bıçaq zərbəsi, məğlubedilməz “Böyük qardaş”... – I YAZI

Toydan sonra “sxodka”, taleyi dəyişən bıçaq zərbəsi, məğlubedilməz “Böyük qardaş”... – I YAZI

Tarix: 1-07-2016, 19:42 Bölmə :Ölkə Baxış: 717
 Toydan sonra “sxodka”, taleyi dəyişən bıçaq zərbəsi, məğlubedilməz “Böyük qardaş”... – I YAZI

Anasının israrlı xahişiylə evlənirdi. Heç vaxt çıxmamışdı Həlimə xanımın sözündən. Toya hazırlıq isə uzun çəkmişdi. Hələ bir ay əvvəldən bütün xırdalıqları ölçüb-biçmişdilər. Qərara gəlmişdilər ki, toy iki gün olsun. Birinci gün yerli camaat üçün, ikinci gün kənardan gələnlər. Kənardan gələnlər isə çox deyildi. 30 nəfər ancaq olardı. Amma həmin gün elə məhz o 30 nəfər üçün mütləq məclis qurulmalıydı. Həm də başqa səbəbə görə.

Biz həmin səbəb, toydan sonra baş verənlər barədə yazacağıq. Amma hələlik nə az, nə çox - toydan 20 il əvvələ, 1975-ci ilə qayıdırıq.



***



...Xalq Təsərrüfatı İnstitutuna anasının xahişi ilə daxil olmuşdu. Orta məktəbi əla qiymətlərlə bitirib, o dövrün yeganə universiteti olan ADU-ya sənəd vermək istəyirdi. Özü də tarix fakültəsinə. Həm tarixi yaxşı bilirdi, həm də tarix fakültəsi sovet dövründə gələcək karyera üçün perspektivli fakültələrdən hesab edilirdi.



“Narxoz”a yaxşı qiymətlərlə daxil oldu. Birinci kursda artıq bütün institut bu istedadlı tələbədən danışırdı. O vaxt bu ali məktəbin rektoru olan Zeynal Ələkbərov təhsilini davam etdirmək üçün onu Leninqrada göndərmək istəyirdi. Elə bu sevinclə də rayona, evlərinə qayıtmışdı. Anası Həlimə xanımın sevincinin həddi-hüdudu yox idi. İki ay dincələndən sonra yenidən Bakıya qayıdacaqdı. Rayonda Leninqrada getmək üçün bəzi sənədləri düzəltməliydi. Rektorluqda isə artıq göndərişi belə hazır idi.



Avqustun 27-də Bakıya qayıdır. İnstitutun dəftərxanasında ona bildirilər ki, bir neçə gündən sonra yola düşəcək. Axşam qaldığı evə gəlir. Nəsə darıxır. Küçəyə çıxır. Tələbə yoldaşlarının yanına gedir. Çayxanaların birinə yığışıb söhbət edirlər. Söhbətin şirin yerində, elə həmin institutun tələbələrinin biri söyüş söyür. Onu sakitləşdirməyə çalışırlar. Amma adam içkili olduğundan idi, ya nə, daha kobud danışmağa başlayır. Dostlar durub getmək istəyəndə isə növbəti, özü də ağır söyüş məhz ona ünvanlanır. Qeyri-ixtiyari əlini bıçağa atır və vurur… Bir bıçaq zərbəsi, məhz bu bıçaq zərbəsi onun həyatını tamamilə dəyişir. O, tamam başqa bir yolun yolçusuna çevrilir. Həmin yolun yolçularının “böyük qardaş”ına…



***



Hə, toydan danışırdıq axı yuxarıda. 1995-ci il idi. Başı min bəla çəkmiş, Azərbaycanın, keçmiş SSRİ-nin ən ağır zindanlarını görmüş “Böyük qardaş” özünə toy edirdi. Dedik axı, iki gün çəkəcəkdi toy. Həmin iki gündə rayon elə bir izdiham görməmişdi. Və belə bir izdiham bir də 11 il sonra olacaqdı. Onun dəfnində.



Yaxın qohumu danışır:



“Nə bilim qardaş, 2-3 min adam gəlmişdi toya. Birinci gün öz camaatımız iştirak etdi, ikinci gün kənardan gələn qonaqlar. 30 nəfərədək “vor” gəlmişdi o toya. Rusiyadan, Gürcüstandan, Ukraynadan. Hətta Albaniyadan gələn də vardı. Böyük toy idi e, çox böyük. Təsəvvür eləyin, 7-8 musiqi ansamblı dəvət olunmuşdu. Niyaməddin Musayev, skripkaçı Kazbek, Ağaxan Abdullayev, yadımda qalan bunlardı. Rəqs ansamblı da vardı. Meyxanaçılar heç də, onlarsız olar ki? “İnturist”in ofisiantlarını çağırmışdılar. 50-dən çox ofisiant idi. 12 nəfər xüsusi aşpaz dəvət edilmişdi. Yadımdadı, “vor”lar Ağaxana bir muğam sifariş verdilər. Zalım oğlu elə zəngulə vurdu ki, pul xəzəl kimi axdı üstünə. Hələ sən bəyi oynadanda görəydin. Anasıyla oynayanda o qədər pul atdılar ki, 10 nəfər süpürgəylə yığıb-yığışdıra bilmirdi. Ehhh…hardan yadıma saldın? Uşaqlarının üzünü də düz əməlli görmədi. İki uşağı qaldı...”



Həmin toydan sonra isə mərasimə gələn qonaqlar dağılışmırlar. Çünki başqa bir mərasimə şahidlik edəcəkdilər. Həmin vaxt mərhum Lotu Bəxtiyar təklif edir ki, məhz bu toy günü iki nəfəri “koronovat” edib, “qanuni oğru” adı verilsin. Təklif bütün qardaşlar tərəfindən qəbul edilir. Oğruların həmin toplantısında Bəxtiyardan başqa Mirseymur, ağbaş Çingiz və kənardan gəlmiş tanınmış avtoritetlər də iştirak edir. Bir neçə gündən sonra keçmiş SSRİ-nin bütün zonlarına iki azərbaycanlı “qanuni oğru”nun taclandırılması barədə xəbər yayılır. Oğru adını alanlar “Masallı Mamed”lə “Dağlı Cavanşir” idi. Onların “koronovat” olunduğu yer isə Sabirabad idi. Daha dəqiqi, “Sabirabadlı Hikmət”in toy mağarı…



***



1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olmuşdu Hikmət. 18 yaşında, yuxarıda söhbət açdığımız cinayəti törətmişdi; Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlunu vurmuşdu və ilk məhkumluğunu yaşamışdı. Düz 3 il. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələcdəki zonda çəkmişdi. Həbsdən çıxandan sonra yenidən təhsil almaq istəyi ölmüşdü. Həyat onu başqa dünyaya sürükləyirdi. Elə bir dünyaya ki, bir neçə il keçəcəkdi və o, həmin dünyanın əfsanələrindən birinə çevriləcəkdi.

“Başını qatmağa bir iş tapmışdılar onun üçün. Elə həmin işinə gedib-gəlirdi. Yenə elə bil Allah onun qabağına mərdimazarın birini çıxardı. Həm də bilirsiz necəydi? Haqsızlığa dözə bilmirdi. Zəif adamların incidilməsini həzm edə bilmirdi. Əzilənin himayədarı idi. Elə bir boy-buxunu da yox idi ki, deyim kimisə döyüb cəzalandırırdı. Elə sözlə, məsəllə, rəvayətlə başa salırdı. Çox oxuyurdu, çox.

Bir gün yenə Sabirabadda çayxanada oturublarmış. Söhbət zamanı məlum olur ki, yazığın birini bir qoluzorlu incidir. Həmin adamı çayxanaya çağırıb, bu işə son qoymağı tələb edir. O, kobud cavab qaytarır. Hikmət yenə səbrini basır. Amma ard-arda söyüşlər eşidir. Hikmət həmin adamı vurur. Məhkəməsi 81-ci ildə keçirilir. 7 il azadlıqdan məhrum edilir. Cəzasını çəkmək üçün Rostova göndərilir. Rostovdakı zonda keçmiş SSRİ-nin Mixail, “Kotovski”, “Kolya Lebed” kimi nüfuzlu “qanuni oğru”ları ilə tanış olur. İttifaqda “qırmızı zon” kimi tanınan Rostov zonunu qısa zamanda “qara”ya çevirirlər. Bununla barışmayan düşərgə rəhbərliyi onu 3 dəfə ardıcıl olaraq on beş sutkalıq karserlə cəzalandırır. Dördüncü dəfə karserə salınanda isə müddətsiz aclıq aksiyasına başlayır. Və Hikmətin ardınca düşərgədə cəza çəkən 600-dən çox məhbus da aclığa başlayır. İş o yerə çatır ki, bu barədə Moskvada da xəbər tuturlar. Zona xüsusi komissiya göndərilir. Tez-tələsik məhkəmə qurulur. İşinin üstünə 3 il də əlavə olunur...

Amma onu Rostovda çox saxlamırlar. Hikmətin dustaqlar arasında nüfuzundan ehtiyat edən rəhbərlik bu barədə yuxarılara məruzə edir. Qərara gəlinir ki, o, Novoçerkasskdakı qapalı həbsxanaya göndərilsin. Novoçerkasskda isə dustaqlar onu böyük sevinclə qarşılayırlar. Sən demə, Rostovda baş verənlər barədə burda artıq xəbərdar idilər. Məhz bu həbsxanada ona “Böyük qardaş” ləqəbini verirlər.

Amma “Böyük qardaş”ı burada da çox saxlamırlar. Novoçerkasskdan şimala, Vorkutaya etap edirlər.

Daha sonra isə SSRİ-nin şn qəddar və qapalı həbsxanası olan “Vladimrski Sentral”a… O “Sentral”akı 1990-cı ilin martında ona “qanuni oğru” adı veriləcəkdi… Özü də elə bir şəxs tərəfindən ki…

(davamı olacaq)

 Toydan sonra “sxodka”, taleyi dəyişən bıçaq zərbəsi, məğlubedilməz “Böyük qardaş”... – I YAZI
 Toydan sonra “sxodka”, taleyi dəyişən bıçaq zərbəsi, məğlubedilməz “Böyük qardaş”... – I YAZI
 Toydan sonra “sxodka”, taleyi dəyişən bıçaq zərbəsi, məğlubedilməz “Böyük qardaş”... – I YAZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Toydan sonra faciə:12 nəfər boğulub

    Toydan sonra faciə:12 nəfər boğulub ...

    12-08-2013, 10:17

  • 
  • Toydan qaçan gəlin kənddən qovulur – Camaat mətbuata səsləndi

    Toydan qaçan gəlin kənddən qovulur – Camaat ...

    18-11-2013, 18:16

  • 
  • Hafiz Hacıyevi toydan qovdular

    Hafiz Hacıyevi toydan qovdular ...

    22-09-2014, 03:33

  • 
  • Toydan çıxan mikroavtobus qəzaya uğradı: 7 yaralı

    Toydan çıxan mikroavtobus qəzaya uğradı: 7 yaralı ...

    27-09-2015, 18:28

  • 
  • Ağcabədidə toydan qaçan gəlinin videosu yayıldı - (Video)

    Ağcabədidə toydan qaçan gəlinin videosu yayıldı - ...

    8-11-2013, 00:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu