Dünən axşam saatlarında Şamaxı şəhərinin girəcəyində ölümlə nəticələnən yol qəzası olub.
gundemxeber.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxı rayon sakinlərinə məxsus "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı "VAZ 2106"nın sürücüsü, 1976-cı il təvəllüdlü Alıyev Qadir Alı oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?