Azərbaycan ərazisində isti və quru hava şəraiti avqustun 15-nə qədər davam edəcək, bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir. Bundan əvvəl sinoptiklər istilərin ayın 10-na qədər davam edəcəyini bildirirdi. Sinoptiklərin yaxın günlər üçün proqnozuna görə, Bakı və Abşeronda istilər +41 dərəcəyə çatacaq. Ölkənin rayonlarında temperatur +35 +40 dərəcə, Naxçıvanda və Mərkəzi aran rayonlarında +43 dərəcəyə qədər olacaq. Dağlıq rayonlarda 4-5 dərəcə daha sərin olacaq. İsti hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq. Gündüz vaxtı açıq havada olmaq tövsiyə olunmur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?