Aprelin 30-da ABŞ Beynəlxalq Dini Azadlığı Komissiyası (USCIRF) dünya etiqad azadlığının pozulmasına dair illik hesabatını yayıb. 364 səhifəlik hesabat dünyada dini azadlıqların vəziyyətinin qiymətləndirilməsini əks etdirir. İlk dəfə olaraq Azərbaycan dini azadlıqları pozan ikinci səviyyəli ölkələr sırasında yer alıb.
Sənəddə Bakı bəzi məsələlərlə bağlı tənqid edilib. Bura 2009-cu ildə din haqqında repressiv qanunun qəbulu da daxildir. Bu, dini fəaliyyətin diapozonunu məhdudlaşdırır. Dözümlülük və azadlıq haqqında rəsmi bəyanatlara baxmayaraq, Azərbaycanda son bir neçə ildə dini şərait pisləşib.“Bir sıra dini təşkilatlar bağlanıb, adamlar qeyri-zorakı dini fəaliyyətə görə saxlanılıb və cərimə edilib”, - sənəddə deyilir. Müsəlmanlar üçün əlavə məhdudiyyətlər var: bütün müsəlman dini rəhbərləri dövlət tərəfindən təyin edilir – Qazilər Şurasının üzvləri Azərbaycanda təhsil almış bu ölkənin vətəndaşları olmalıdır. Bütün mövcud məscidlər müsəlmanla məxsus olmalıdır və yalnız Azərbaycan vətəndaşları islam dini icmaları yarada bilər. 2008-ci il dövlət sərəncamına əsasən məsciddən kənarda ibadət etmək qadağandır və polis bu qadağaya nəzarət edir.2010-cu ildə Təhsil Nazirliyi məktəbli forması tətbiq edib. Bunun nəticəsi olaraq, hicaba qadağa kampaniyasına başlanılıb. Nəticədə 2012-ci ilin oktyabrında 72 nəfər həbs edilib. İkinci səviyyəli ölkələr sırasına Azərbaycandan əlavə Əfqanıstan, Kuba, Hindistan, İndoneziya, Qazaxıstan, Laos və Rusiya daxil edilib.Ötən həftə USCIRF sədri Katrina Lantos dövlət katibi Kerriyə məktub göndərərək Administrasiyasını Özbəkistan, Türkmənistan, Rusiya, Azərbaycan və Banqladeşdə etiqad azadlığı və insan hüquqlarının pozulması məsələsinin BMT qarşısında qaldırılmasına çağırıb. Administrasiyaya tövsiyə olunub ki, Azərbaycanda etiqad azadlığına yardım göstərilsin, dini qrupların sərbəst və qeydiyyatsız fəaliyyət göstərə bilməsi üçün Bakıya təzyiq edilsin. Bundan əlavə, Komissiya aşağıdakılara çağırır: - dini azadlıqlar və insan hüquqları üzrə ictimai nəzarəti təşviq etmək, Azərbaycanda vətəndaşların təqib edilməsi məsələsini BMT, ATƏT kimi beynəlxalq forumlarda qaldırmaq; - Azərbaycan hökuməti BMT-nin xüsusi nümayəndələri ilə etiqad azadlığı, məhkəmələrin müstəqilliyi, işgəncələrə qadağalarla bağlı məsələlər üzrə görüşlər keçirməyə və onların səfərinin konkret vaxtını müəyyən etməyə və belə səfərlər üçün zəruri şəraitin yaradılmasına çağırılır. - ABŞ-ın Bakıdakı səfirliyi azərbaycanlı hüquq müdafiəçiləri ilə aktiv əlaqələr qurmalı, hər məhbusun öz ailəsi ilə görüşməsi, adekvat tibbi yardım alması, vəkillə təmin edilməsi üçün imkanları olmalıdır; - Demokratiyaya dəstək çərçivəsində etiqad azadlığını USAİD-in qrant fəaliyyəti kateqoriyasına daxil etmək; - Azərbaycan dilində radio, İnternet və digər yayımların fəaliyyətini, həmçinin obyektiv xəbərləri genişləndirmək. Bura etiqad azadlığı problemi daxil edilməli və dini azadlığın ABŞ-ın xarici siyasətində nədən mühüm element olmasının səbəbləri açıqlanmalıdır
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?