"Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir".
gundemxeber.az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, son günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Bəzi günlərdə isə temperatur iqlim normasından 2-3 dərəcə yüksək olub: "Son 3-4 gün ərzində Bakıda havanın temperaturu 35-39 dərəcə arasında dəyişib. Bölgələrdə isə 35-40, bəzi yerlərdə 41 dərəcə müşahidə edilib.
G.Məmmədovanın sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində isti hava şəraiti davam edəcək. Bakıda temperaturun 32-37 dərəcə, Aran rayonlarında isə 35-40 dərəcə isti olacağı gözlənilir.
G.Məmmədovanın sözlərinə görə, yayda belə isti hava şəraiti əvvəlki illərdə də müşahidə edilib: "İyul-avqust yayın ən isti aylarıdır. Əvvəlki illərdə olduğu kimi bu il də havanın temperaturu yüksəkdir. Belə hava şəraiti ötən illərdə də müşahidə edilib".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?