Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirli bilinən Rasim Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Rasim Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvar ayında Abşeron rayon Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini 42 yaşlı Rasim Əliyev Xırdalan şəhəri ərazisində gizlədilən 10 kiloqramdan artıq narkotik vasitəni götürərkən saxlanılıb.
Rayon polis idarəsinə gətirilən şəxsin əlindəki qara rəngli sellofan torbadan 7,5 kiloqram tiryək və 3 kiloqramdan artıq qurudulmuş marixuana çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?