GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mətanət İsgəndərlinin adı adam oğurluğunda

Mətanət İsgəndərlinin adı adam oğurluğunda

Tarix: 15-09-2016, 20:48 Bölmə :Ölkə Baxış: 832
Mətanət İsgəndərlinin adı adam oğurluğunda

Müğənni "Qanqster"in məhkəməsində ifadə verəcək?


Mətbuatda müğənni Mətanət İsgəndərlinin sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə məlumat yayılıb.

Buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb etməsidir.

Eyni zamanda, Mahir Abdullayevin oğurlanmasının təşkilində Mətanət İsgəndərlinin rolunun olduğu da iddia edilir. Vaxtilə bu ittihamları Mahir Abdullayevin qardaşı Elşad Abdullayev öz açıqlamalarında səsləndirib. Onun iddialarına görə, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu qalıb. Və Mətanət İsgəndərli A.Çovdarovla əlbir olub.

E.Abdullayevin açıqlamasına görə, A.Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərliylə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir. E.Abdullayev yuxarıda sadalanların müqabilində qardaşının bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını vurğulayıb: “Nəhayət, Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq, 13 oktyabr 2003-cü ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə oğurlatdırıb”.

E.Abdullayev öz açıqlamasında qardaşının oğurlanmasında iştirakçı kimi milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfərovun, Rövşanə və digər şəxslərin adlarını da çəkib. Sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Ona görə də, A.Çovdarovun məhkəməsində müğənni Mətanət İsgəndərlinin iştirak edə biləcəyi istisna edilmir.

“Gündəm Xəbər”in media üzərindən araşdırma apararkən məlum olub ki, musavat.com mətbuatda yer alan bu iddialarla bağlı müğənni Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Neçə gündür ki, Mətanət xanım barədə bu cür xəbərlər yayılır. Özüm bu barədə şəxsən dəfələrlə Mətanət xanımla danışmışam. O, deyir ki, mətbuata bu haqda açıqlama verməyəcək, olmayan hadisə haqda danışmaq istəmir. Mənə bildirdi ki, yayılan məlumatlar əsassızdır. O, Akif Çovdarovu tanımır, onunla heç bir əlaqəsi olmayıb, bu cür xəbərlərin necə yayıldığını, kimdən qaynaqlandığını bilmir. Özü də çaşıb, qalıb. Akif Çovdarov məsələsində Mətanət xanımın adı hallansa idi, ona məhkəmədən kağız gələrdi. Hazırda belə bir durum yoxdur. Mətanət xanım əməkdar artistdir, xalqın sənətçisidir. Onun adını ləkələmək doğru deyil. Özü də mənə dedi ki, jurnalistlərə bildirim ki, yalan kampaniyalara qoşulmasınlar. Bu xəbərlər Mətanət xanıma zərbə vurmaq istəyənlərin işidir. Bir daha deyirəm ki, onun A.Çovdarovla əlaqəsi yoxdur”.

Qeyd edək ki, bir müddət öncə aşıq Telli Borçalının da adı sabiq MTN generalı Akif Çovdarovla yanaşı hallanıb. Mətbuatda yayılan məlumatlara görə, Gürcüstanda yaşayan 100-dən artıq azərbaycanlı ziyalı hazırda həbsdə olan generalın müdafiəsinə qalxıb. Prezident İlham Əliyevə müraciət ünvanlayan bu şəxslər Akif Çovdarovun Gürcüstanda yaşayan azərbaycanlılara etdiyi yaxşılıqlardan söz açıblar. Və bildiriblər ki, onların problemləri onun müdaxiləsindən sonra həllini tapıb. Həmin müraciətə imza atanların siyahısında aşıq Tellinin adı olmasa da, onun da A.Çovdarovu dəstəkləyənlərin sırasında olduğu iddia edilirdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətanət İsgəndərlinin keçmiş əri vəfat etdi: Dəfnə qatılmadı

    Mətanət İsgəndərlinin keçmiş əri vəfat etdi: ...

    7-12-2014, 23:58

  • 
  • Elşad Abdullayevin adını çəkdiyi ikinci müğənni danışdı

    Elşad Abdullayevin adını çəkdiyi ikinci müğənni ...

    11-05-2013, 22:26

  • 
  • Mətanət İsgəndərlinin qızı ikinci dəfə nişanı qaytardı

    Mətanət İsgəndərlinin qızı ikinci dəfə nişanı ...

    13-10-2015, 14:19

  • 
  • Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək pul alıb?

    Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək ...

    27-04-2016, 23:16

  • 
  • Elşad Abdullayev prokurorluğa yazılı ifadə göndərdi

    Elşad Abdullayev prokurorluğa yazılı ifadə ...

    11-05-2013, 11:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (380)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu