Moderator.az - ın erməni saytlarına istinadla yaydığı xəbərə görə, Laçın rayonu ərazisində yerləşən termal su mənbəyində 3 erməninin ölməsindən sonra bağlanmış hovuzu “rayon hakimiyyəti” yenidən açmaq fikrindədir.
Xəbərdə hadisənin konkret hansı kənddə baş verdiyi göstərilmir. Yalnız ““Kaşataq rayonu”nun isti su mənbəyi” yazılır. “Kaşataq rayonu” Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edir. Həmin ərazilərdə isə məşhur istisu mənbəyi Minkənd yaxınlığındakı “İlıqsu”dur. Və ermənilərin orada istirahət etmələrini əks etdirən fotolarına çox rast gəlmək olur.
orpaqlarımızın ən gözəl nemətlərinə yiyələnmiş işğalçıların gözləmədiyi olay bu il mayın 21-də baş verib. İsti su hovuzunda çimən 3 erməni kişi gözlənilmədən boğulub ölüb. Onların qaynar su mənbəyinin dibindən çıxan zəhərli qazların təsirindən öldüyü qeyd edilir. Məhz bundan sonra “rayon administrasiyası” su mənbəyinə girişi bağlamağa qərar verib.
Bildiyimizə görə, torpaqlarımız işğal edilənədək istər Kəlbəcər, istərsə də Laçının qaynar su mənbələrində anoloji hadisələr qeydə alınmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?