Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 10350 ədəd siqaret aşkar edilərək götürülüb.
"Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən ölkəmizə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi daha bir minik nəqliyyat vasitəsindən isə 13000 ədəd siqaret aşkar olunub. Siqaretlər avtomobilin salonunda və yük yerində gömrük nəzarətindən gizlədilmiş şəkildə yerləşdirilsə də gömrükçülərin diqqətindən yayınmayıb.
Sorğu
Yeni dizaynımız necədir?