Bu gün Rusiyanın Saratov şəhərinin vağzalında 79 yaşlı Azərbaycan vətəndaşı qəflətən dünyasını dəyişib.
gundemxeber.az report-a istinadən xəbər verir ki, qadın Bakı vaxtı ilə saat təqribən 12:32 radələrində dəmiryolu vağzalı yanındakı "Uley" kafesində olarkən, özünü pis hiss edib. O, təcili olaraq tibb məntəqəsinə çatdırılıb, lakin həkimlərin müdaxiləsi uğursuz olub və qadın günorta saatlarında vəfat edib.
Məlum olub ki, qadın iki ay əvvəl Bakıdan Saratova rəfiqəsigilə qonaq gedib. Bu gün o, "Mahaçqala-Bakı" qatarı ilə evinə qayıtmağa hazırlaşırmış.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?