Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 13-15, gündüz 18-21 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Sentyabrın 30-da Azərbaycanın rayonlarında da şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Mülayim şərq küləyi arabir güclənəcək. Gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?