MTRŞ sədri: "Müəyyən qədər dilçilərə ehtiyacımız olacaq" Yaxın bir ay ərzində Azərbaycan telekanallarında Bədii şuralar yaradılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, bu barədə MTRŞ-da telekanal rəhbərləri ilə dünən keçirilən görüşdə razılıq əldə olunub. Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib. N. Məhərrəmli deyib ki, telekanallar qısa müddət ərzində Bədii şuraların yaradılmasını həyata keçirəcək və bu barədə MTRŞ-ya məlumat verəcək: “Telekanallar 10 gün ərzində bununla əlaqədar bizə məlumat verəcək. Ümumrespublika yayımçıları və regional kanallar hər biri Bədii Şura yaratmalıdır. Müəyyən qədər dilçilərə də ehtiyacımız olacaq. Bundan sonra ayrı-ayrılıqda bütün Bədii şuraların üzvləri ilə görüşlər keçiriləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?