GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Radikal dindar qadından şok sözlər

Radikal dindar qadından şok sözlər

Tarix: 12-10-2016, 18:37 Bölmə :Ölkə Baxış: 420
Radikal dindar qadından şok sözlər

“Azyaşlı uşaqlar ağlayırdılar, valideynləri ilə polis şöbəsinə getmək istəmirdilər”

“Biz də həmin gün baş verənlərdən qorxu keçirdik”

“Dindaşlarımla birlikdə alçaldıcı və təhqiredici rəftara məruz qalmışıq”

Qax rayonunda keçirilən əməliyyat zamanı həbs olunan Zaqatala sakini, 1994-cü il təvəllüdlü Könül Güliyeva inzibati qaydada mühakimə olunub. Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Şahlar Məmmədovun tərtib etdiyi 21 may 2016-cı il tarixli protokolundan görünür ki, Könül Güliyeva həmin ilin martın 23-də Qax şəhəri H.Z.Tağıyev küçəsi, ev 6-da “Yehovanın şahidləri” dini icmasının qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməklə, qаnunvericiliklə müəyyən edilmiş qаydаlаrı pozub.

Könül Güliyeva İnzibati Xətalar Məcəlləsinin 515.0.4-cü maddəsi ilə ittiham olunub və toplanmış inzibati xəta haqqında material baxılması üçün əvvəlcə Zaqatala rayon Məhkəməsinə göndərilib.

Lakin Könül Güliyeva Qax rayonu ərazisində şübhəli şəxs qismində saxlanıldığı üçün onun barəsində olan iş materialları həmin rayon məhkəməsinə göndərilib.

Qax rayon Məhkəməsinin qıərarı ilə Könül Güliyeva 1500 manat miqdarında cərimə olunub. Könül Güliyeva apelyasiya şikayət verib. O, məhkəmənin həmin qərarının ləğv

edilməsini, ona qarşı qaldırılan inzibati xəta işi üzrə icraata verilməsini və işin gedişatına sərf olunan xərclərin faizlərlə birgə dövlət tərəfindən tam ödənilməsi barədə qərar qəbul edilməsini xahiş xahiş edib.

Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rövşən Rəfiyevin sədrliyi ilə araşdırılıb.

Könül Güliyeva bildirib ki, 4 avqust 2016-cı ildə məhkəmənin onun təqsirli bilinməyi ilə bağlı çıxardığı qərarı əsaslı sübutlar olmadığına görə düzgün deyil. Bundan əlavə, təqsirli bilinməyi onun Azərbaycan Respublikası Konstitusiyası da daxil olmaqla, Azərbaycan Respublikası qanunlarının, Avropa İnsan Hüquqları Məhkəməsinin izah etdiyi kimi Avropa İnsan Hüquqları Konvensiyasının Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) və İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin (İHÜB) zəmanət verdiyi hüquqlarını pozur: “Mütəmadi olaraq Müqəddəs Kitabı (Tövrat, Zəbur və İncil) və Yehovanın Şahidlərinin nəşrlərini oxuyuram. Həmçinin mütəmadi olaraq Yehovanın Şahidlərinin dini yığıncaqlarında iştirak edirəm. Yehovanın Şahidlərinin məşğul olduğu dini fəaliyyətlə məşğul olsam da, hüquqi şəxs olan “Yehovanın Şahidləri” dini icmasının üzvü deyiləm”.

Könül Güliyeva qeyd edib ki, mərasim hələ başlamamış, təxminən saat 18:45-də yığıncaqda iştirak edənlərdən biri gəlib: “Həmin şəxs dedi ki, polislər gəlib. Dindaşım Xusişvili eyvana çıxdı və həyətdə 20-dən çox polis əməkdaşının olduğunu gördüm. Rəis müavini evin sahibinin kim olduğunu

soruşdu. Dindaşım Xusişvili ev sahibi olduğunu bildirdi. Rəis müavini Xusişviliyə xidməti vəsiqəsini göstərərək bildirdi ki, evdə axtarış aparmalıdırlar. Xusişvili ona toplaşmaqlarının səbəbini izah etdi. Otaqlardan birində Xusişvilinin 4 yaşında olan balaca qızı xəstə olduğuna görə yatırdı. Xusişvili polis əməkdaşlarından xahiş etdi ki, həmin otağa girməsinlər, çünki qızı onları görüb qorxa bilərdi. Polis dedi ki, axtarışı yalnız bir polis əməkdaşı keçirəcək, lakin otağa əvvəlcə biri, sonra isə daha 3-4 polis əməkdaşı və 1-2 nəfər şahid daxil oldu. Rəis müavini və cinayət-axtarış şöbəsinin əməkdaşı Manafov mülki geyimdə idilər. Qalanları isə polis formasında idilər. Onlar Xusişvilinin həyat yoldaşının, qızının və otaqların şəklini çəkdilər. Xusişvilinin şəxsi ədəbiyyatını və disklərini (disklərin çoxu cizgi filmləri idi) götürdülər və otaqlarda axtarışı bitirəndən sonra həyətə çıxdılar”.

Mühakimə olunan şəxsin sözlərinə görə, mərasimdə iştirak edənlərin hamısından Müqəddəs Kitablarını alıblar: “Digər nəşrlərlə yanaşı, yığıncaqda iştirak edənlərdən 21 ədəd Müqəddəs Kitab götürdülər. Polis əməkdaşları evin damına qalxdılar, lakin orada heç nə tapmayaraq aşağı düşdülər. Sonra polis əməkdaşları evin zirzəmisinə düşmək istədilər. Xusişvili də onlarla düşmək istədi, lakin Yol Polis Xidmətinin polis əməkdaşı onun qolundan tutaraq düşməyə qoymadı. Hər hansı bir icazələri olmadan polis əməkdaşları, Müqəddəs Kitab da daxil olmaqla, dini ədəbiyyatı müsadirə etdi. Bizə hələ də heç bir ədəbiyyat qaytarmayıblar.

Bundan əlavə, bəzi şəxsi əşyaları da, məsələn, dindaşı Xusişvilinin qızının cizgi filmləri olan disklərini də

götürdülər. Polis əməkdaşları üç avtobus çağırdılar və yığıncaqda iştirak edənlərin hamısını həmin avtobuslara oturdataq polis şöbəsinə apardılar. Azyaşlı uşaqlar ağlayırdılar, valideynləri ilə polis şöbəsinə getmək istəmirdilər. Saat 19:00-da polis şöbəsinə çatdıq. İkinci mərtəbəyə qalxaraq zala daxil olduq. Uşaqlar qorxudan bərk ağlayırdılar. Ümumilikdə, polis şöbəsində 56 nəfər idik. Yığıncaqda iştirak edənlərin hamısı skamyada oturdu. Sorğu-sual etmək üçün bizi iki-iki çağırırdılar. Təxminən saat 22:00-da saxlananların çoxunu buraxdılar, kişilərin isə bəzilərini şöbədə saxladılar.

Nəinki azyaşlı uşaqlar, bir qədər böyük uşaqlar və hətta biz də həmin gün baş verənlərdən qorxu keçirdik. Bizim hüquqlarımız kobudcasına pozulub. Polis tərəfindən saxlanıldıqda hər bir Azərbaycan vətəndaşının nədə ittiham olunduğunu bilmək və vəkillə əlaqə yaratmaq hüququ var. Lakin dinc dindar insanlara hüquqi yardım almağa icazə vermədilər. Yığıncaqda iştirak edənlərin bəzilərinin telefonlarını əllərindən aldılar və zəng etməyə icazə vermədilər. Polis əməkdaşları dini mərasimi pozmaq üçün başlamazdan bir az əvvəl evə soxuldular.

Nəticədə dindaşlarım ilə birgə dini mərasimi planlaşdırılmış vaxtda və yerdə keçirə bilmədik. İnzibati Xətalar Məcəlləsinin 515.0.4-cü maddəsi “dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsin”i nəzərdə tutur. Məni bu maddəni pozduğumu sübut edən heç bir dəlil yoxdur.

Yeganə dəlil odur ki, ibadətimin ayrılmaz hissəsi olan dini fəaliyyətlə məşğul idim, daha dəqiq desək, əqidəmi ifadə edirdim. Mənim 515.0.4-cü maddəni pozmaqda təqsirli bilmək üçün “dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsin”i pozduğunun sübutu olmalıdır.

Bundan əlavə, polis əməkdaşları evə soxulanda biz heç anma mərasiminə başlamamışdıq. Mənim inzibati xəta törətdiyim sübut olsa belə, məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 75.0.7 maddəsində tələb olunduğu kimi, “işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait”i nəzərə almalıdır.

Həmin gün Xusişvilinin evində Müqəddəs Kitabı araşdırmaq üçün dinc dini yığıncağın keçirilməsi nəzərdə tutulmuşdu. Bu cür yığıncaqlar onun ibadəti üçün zəruridir. Xusişvilinin evində reyd keçirilməsi, sorğu-sual üçün polis şöbəsinə aparılmağım hüququm pozulub. Dindaşlarımla birlikdə alçaldıcı və təhqiredici rəftara məruz qalmışıq.

Hesab edirəm ki, ittiham olunmağım, təqsirli bilinməyim və dini ədəbiyyatın götürülməsi üçün qanuni əsas yox idi. İttiham olunmağım və təqsirli bilinməyim bu tələblərin heç birinə cavab vermir.

Bundan başqa, zorakılıq, nifrət və ya diskriminasiyaya təhrik edən hər hansı bir fikir söyləməyim barədə sübut yoxdur. Əksinə, 23 mart 2016-cı ildə Xusişvilinin evində dindaşlarım ilə birgə Müqəddəs Kitabı (Tövrat, Zəbur və İncil) oxumaq və araşdırmaq üçün dinc yığıncağın keçirilməsi nəzərdə tutulub.

Birinci instansiya məhkəməsinə təqsirli olduğumu təsdiq edən heç bir sübut təqdim olunmayıb. Polisin ümumiyyətlə heç bir dəlil gətirmədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi ittihamı rədd etməyib.

Qax Rayon Məhkəməsi tərəfindən işin ədalətli və tam şəkildə araşdırılması hüququndan məhrum olunmuşam. Ona görədə Qax Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, mənə qarşı qaldırılan inzibati xəta işi üzrə icraata verilməsini və işin gedişatına sərf olunan xərclərin faizlərlə birgə dövlət tərəfindən tam ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Könül Güliyevanın apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaxda polis əməliyyatı [yenilənir]

    Qaxda polis əməliyyatı [yenilənir] ...

    28-03-2016, 14:17

  • 
  • Könül Kərimova qəzaya düşdü, sevgilisi öldü

    Könül Kərimova qəzaya düşdü, sevgilisi öldü ...

    8-11-2014, 00:42

  • 
  • Polisin qulağını dişlədi-Zaqatalada

    Polisin qulağını dişlədi-Zaqatalada ...

    26-08-2013, 12:02

  • 
  • Atasının dəfninə gedən qadın və onun qızı qəzada öldü

    Atasının dəfninə gedən qadın və onun qızı qəzada ...

    12-12-2013, 21:42

  • 
  • “Könül Kərimova mənim “mamam”dır”

    “Könül Kərimova mənim “mamam”dır” ...

    16-07-2014, 11:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu