Anasını qəfil itirən aparıcı Lətafət Ələkbərova şok keçirib.
Publika.az-a açıqlama verən aparıcı göz yaşları içərisində anasını həkimlərin öldürdüyünü deyib:
“Anam sağlam qadın idi, gözündə mirvari suyu vardı. Danışmışdıq, yaxşı həkim tapmışdıq, noyabrın 22-də əməliyyata getməli idi. Bizdən xəbərsiz sırağagün səhər tanımadığımız bir həkimin yanına gedərək əməliyyata girib. Adi lazer əməliyyatı onun ölümünə səbəb olub.
Əməliyyatdan çıxan kimi dili qatlanıb, dodağı göyərib və gözlərini əbədi yumub. Mən həmin an şok keçirdiyimdən nə baş verdiyini anlamadım. Bilirəm ki, günahkar həkimlərdir, amma qorxuram bunu desəm, anamı qəbirdən çıxarıb, yararlar. Mən buna dözə bilmərəm. Özümü bağışlaya bilmirəm, kaş həmin an anamın yanında olaydım, nələr baş verdiyini biləydim. O, bizi aldatdı və xəlvət əməliyyata girdi, məni yetim qoydu”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?