GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prokurorluq işçisi öz prokurorunu ittiham edir

Prokurorluq işçisi öz prokurorunu ittiham edir

Tarix: 7-05-2013, 01:31 Bölmə :Ölkə Baxış: 1 069
Prokurorluq işçisi öz prokurorunu ittiham edir
Ağcəbədi rayon prokuroru Salman Səmədovdan şikayət var. Şikayətçi də elə həmin prokurorluğun müfəttişi Xumar Mirzəyevadır. Onun sözlərinə görə, xalası ilə aralarında olan mülk mübahisəsinə görə prokuror onu qeyri-rəsmi şəkildə işdən qovub: «Qalmağa yerləri olmadığına görə, vaxtilə həyətimizdəki boş evi müvəqqəti yaşamaq üçün xalamgilə vermişdik. Sonra gördük ki, evi mənimsəmək istəyir. Aramızda mübahisələr yarandı, münasibətlərimiz gərginləşdi. Xalam prokurorun yanına gəldi, aramızdakı mülk mübahisəsi ilə bağlı ona danışdı. O gedəndən sonra prokuror məni çağırıb dedi ki, ya get anana de, evi xalana versin, ya da işdən çıx. Mən ona bildirdim ki, xalamla bizim mülk mübahisəmizin mənim işimlə heç bir əlaqəsi yoxdur. Bu, bizim şəxsi işimizdir. Dedi, xalan sizin əxlaqsız ailə olduğunuzu deyir, mən səni işdə saxlaya bilmərəm. Sabahı gün səhər işə gələndə mühafizəçi məni prokurorluğun binasına buraxmadı. Dedi, prokurorun göstərişidir. Mən sonralar da bir neçə dəfə işə getdim, ancaq binaya daxil ola bilmədim».
Xumar Mirzəyeva prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edib. Deməsinə görə, bu şikayətindən sonra Salman Səmədovun adamları dəfələrlə onun yaşadığı ünvana gəliblər: «Şikayətlərimdən sonra prokuror qapımıza dəfələrlə adamlarla xəbər göndərdi ki, «harda istəyirsən, sənə iş tapım, bircə prokurorluqda işləmə». Mən də razılaşmadım. İndi mən heç prokurorluqdakı işimə də qayıtmaq istəmirəm. Baş prokurorluqdan tələbim odur ki, prokuror məni xalamın sözü ilə, şəxsiyyətimi araşdırmadan əxlaqsız adlandırdığına görə üzr istəsin».
Ağcəbədi rayon prokuroru Salman Səmədov Xumar Mirzəyevanın ittihamlarına cavab verir: «O mənim işçim olub. Bu il martın 14-ə qədər bizdə işləyib. Martın 12-də prokurorluğa bir qadın gəldi, mənimlə görüşdü. Məlum oldu ki, Xumarın xalasıdır. Bildirdi ki, aralarında mülk davası var, bu dava-dalaşda da Xumar onları prokurorluqda işləməsi ilə hədələyir. Qadına başa saldım ki, aranızdakı mülki mübahisəni məhkəmə ilə həll edin. Qadın gedəndən sonra Xumarı çağırıb məsələ il maraqlandım. İşlədiyi qurumun adından sui-istifadə etməsi ilə bağlı iradlarımı bildirdim. Ona da tapşırdım ki, sənin işinin ailənizdəki şəxsi münasibətlərlə heç bir əlaqəsi yoxdur. Nə mübahisəniz varsa gedin məhkəmədə həll edin. Sabahı gün dəftərxana müdiri mənə məruzə etdi ki, Xumar iş yerini neçə saatdır ki, özbaşına tərk edib. Gedəndə də deyib ki, prokurorluqda işləyirəm, o demək deyil ki, orda anamı döyməlidilər, mən də susmalıyam. Həmin gün eşitdik ki, Xumargilin həyətində dava-dalaş olub və Xumar xalasının evinin qapısını sındırıb, həyət-bacada əlinə keçəni dağıdıb töküb. Sabahı gün də işə gəlmədi. Üçüncü günü işə gəlməyəndə icazəsiz işdən getməsini və sonrakı günlər də xəbərdarlıq etməmiş işə gəlməməsini sənədləşdirdik. Bundan sonra başladı məndən Baş Prokurorluğa şikayət yazmağa».
Prokuror bildirdi ki, Xumar Mirzəyevanın işdən çıxarılması üçün Baş Prokurorluğun Həmkarlar Komitəsinin də razılığını alıb. Ancaq bununla belə, o, gənc qızın işsiz qalmasını istəmir: «Düzdür, o münasibətdən sonra Xumar daha burda işləyə bilməz. Ancaq mən onun ailə vəziyyətini, ümumiyyətlə, indiki durumu nəzərə alıb bir insan kimi onun işsiz qalmasını istəmirəm. Ona görə də Xumara dəfələrlə xəbər göndərdim ki, ona başqa bir yerdə iş tapa bilərik. Ancaq indi o, buna başqa cür don geydirirsə, və düşünürsə ki, mən ondan qorxaraq belə addım atmışam, səhv düşüncədədir».
Prokuror Xumar Mirzəyevanın təhqirlə bağlı ittihamlarına isə belə cavab verdi: «Əgər onu təhqir etmişəmsə, məhkəmə müraciət etsin, sübut olunsa, üzr istəməyə hazıram». Xumar Mirzəyeva isə deyir ki, hazırda ona qarşı inzibati maddə ilə iş açılıb və qarşısında şərt qoyulub ki, ya şikayətlərini geri götür, ya da cəzalandırılacaqsan: «Bu yolla ağzımı yummaq istəyirlər. Ancaq mən hüquqlarımı tapdalamış prokurorun cəzalandırılmasına nail olmayanadək əl çəkən deyiləm».

Esmira Cavadova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 3 prokuror işdən çıxarıldı

    Azərbaycanda 3 prokuror işdən çıxarıldı ...

    2-07-2013, 19:10

  • 
  • Zakir Qaralov üç rayonun prokurorunu işdən çıxardı

    Zakir Qaralov üç rayonun prokurorunu işdən çıxardı ...

    12-06-2014, 19:15

  • 
  • Prokurorluq işçisi həbs edilib

    Prokurorluq işçisi həbs edilib ...

    7-10-2013, 14:47

  • 
  • “Səlim Müslümovun işçisi çörəyimi kəsdi”

    “Səlim Müslümovun işçisi çörəyimi kəsdi” ...

    6-06-2016, 16:47

  • 
  • Azərbaycanda bir neçə rayona yeni prokuror təyin edilib

    Azərbaycanda bir neçə rayona yeni prokuror təyin ...

    25-06-2013, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu