Bakı sakininin evindən 17 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.
gundemxeber.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Nazim Hacıyevə məxsus fərdi yaşayış evində heç kimin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla içəri daxil olublar və oradan 17 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?