GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovun ölkədən getməsinə “yaşıl işıq”

Eldar Mahmudovun ölkədən getməsinə “yaşıl işıq”

Tarix: 9-12-2016, 12:57 Bölmə :Ölkə Baxış: 356
 Eldar Mahmudovun ölkədən getməsinə “yaşıl işıq”

Sabiq naziri susması qarşılığında xaricə yola salmaq planı var
9 ay əvvəl Milli Təhlükəsizlik Nazirliyində (MTN) başladılan qəfil yoxlamalar qurumun ləğv olunması, 10 MTN generalı da daxil olmaqla, ümumilikdə 21 MTN-çinin həbsi ilə sonuclandı. Sabiq nazir Eldar Mahmudovun kreslosu ilə vidalaşması da həmin yoxlamaların başlandığı günə təsadüf etdi.

Amma həbslər dalğasında istintaqının əli həbs edən Eldar Mahmudovun yaxasına yapışa bilmədi. Ötən müddət ərzində Eldar Mahmudovun ölməsi, ölkədən qaçması, həbsə alınması, istintaqa çağırılması, ürəyinin ağrımasınadək xəbərlər yayıldı. Onun əlindəki 2800 seks videosunun üzərindən azadlıqda qalması da gələn xəbərlər sırasında oldu.
Fakt odur ki, bu gün sabiq nazirin barəsində mətbuat 3-5 ay əvvəlkitək yazmır. İstintaqçıların da ona sarı uzanan əlləri artıq görünməz olub. Kənardan belə görünür ki, artıq istintaqçılar “MTN işi” üzrə Eldar Mahmudova sarı addımlar atmaq niyyətində deyillər.

 Eldar Mahmudovun ölkədən getməsinə “yaşıl işıq”

Onun kadrı - MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovu azadlığa aparacaq yolun üzərindəki dəmir qapılar bir-birinin ardınca açılır. Bu təsadüfidirmi?

A.Çovdarovun mundirində bir-birinə qarışmış “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, reportyor Aqil Xəlilin qan ləkələri qartmaq bağlayıb, poqonları üzərindən arxaya baxanda neçə-neçə müxalifətçinin döyülməsi, qorxudulması, sahibkarların, qanunsuzluqlarla razılaşmayan MTN-çilərin intihar səhnələri görünür.

Akif Çovdarov qanı özbaşına tökməyib, heç sahibkarların cibini və ömürlərini də “yuxarı”dan xəbərsiz kəsməyib. Ona qarşı yumşalma, onun birbaşa şefinə qarşı yumşalmadır. A.Çovdarovu xəstəliyinə görə azadlığa buraxmaq təşəbbüsləri və ya cəhdləri ortadadırsa, deməli, Eldar Mahmudovun vəziyyəti də düşünüldüyü kimi pis deyil.
Bu arada Eldar Mahmudova ölkədən getmək üçün “yaşıl işıq” yandırılması xəbərləri də gəlməkdədir. Onu qarşı tərəfə “güllə” - informasiya “bomba”ları atmamaq öhdəliyi ilə ölkədən buraxmaq istəyirlər; “getsin və səsini kəssin!”, “Üçqat agent” iddialarını ortaya atıb siyasi səhnədə zəlzələ, məmurların canında vəlvələ salmasın".

İddia edilir ki, buna ilkin razılıq var və yaxınlarda səssizcə sabiq MTN şefini ölkədən yola salacaqlar. “MTN işi”nin öləzimiş şəkildə, ictimaiyyətdən gizlin aparılmasının səbəblərindən biri də budur.

Gələn məlumatlara görə, E.Mahmudov bu gün faktiki olaraq təcrid olunmuş vəziyyətdədir. Eldar Mahmudovdan tələb edilən xaricdə susması və şərtlərə əməl etməsidir. Əgər o, əvvəllər qohumları ilə əlaqə saxlayıb, onların xeyir-şər məclislərində iştirak edə bilirdisə, indi bu mümkün deyil. Hətta telefondan istifadə etmək belə qadağan olunub. Razılıq əldə olunacaqsa, şərtlər qəbul ediləcəksə, onunla bağlı səhifə bağlanacaq. Amma belə görünür ki, Eldar Mahmudov ölkədə şərt qəbul edib, ağzını bağlayıb xaricə getmək istəmir.

Əsas ehtiyatlanılan məsələ isə onun hansısa məlumatları xaricə ötürə bilməsidir. MTN şefinin xaricə ötürə biləcəyi faktlar və informasiyaların kifayət qədər ciddi olmasını söyləməyə, bir daha xatırlatmağa ehtiyac varmı?

Təkcə Eldar Mahmudovun 11 il Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik etməsi onun əlinin altında bir qalaq kompromatların toplanmasını söyləmək imkanı yaradır. Mahmudov illərlə əlinin altına yığılan, toplanan materialları qaranlıqdan çıxarıb üstündəki tozu üfürmək iqtidarındadır. Onu azadlıqda saxlayan, yaxasından tutacaq dəmir əlləri uşaq oyuncağıtək vurub kənara atan da bu fakt - “kompromat anbarı”nın üzərində oturmasıdır.

E.HÜSEYNOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir addım yaxınlaşdırdı...

    Samir Şərifov sabiq MTN rəhbərini həbsə daha bir ...

    27-05-2016, 01:13

  • 
  • Eldar Mahmudovun "Dəmir" adamı tutuldu - "MTN işi"ndə yeni detal

    Eldar Mahmudovun "Dəmir" adamı tutuldu ...

    5-11-2015, 13:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu