Limon - çin dilində "limunq" yəni, analar üçün xeyirli deməkdir.
Limon bütün dünyada sevilən, ən çox istifadə edilən bir meyvədir. Limonun dadının turş olmasına baxmayaraq tərkibi qələvilərdən ibarətdir, belə ki, bədən mühitini turş mühitdən qələvi mühitə keçirmək üçün limon ideal bir meyvədir.
gundemxeber.az saglamheyat.com-a istinadən bildirir ki, çarəsi olmayan sitem xəstəlikləri və autoimmun xəstəlikləri, şiş xəstəlikləri, böyrək, öd daşları, padaqra və s. kimi xəstəliklər məhz turş mühitdə əmələ gəlir. Belə xəstəliklərin müalicəsi zamanı bədən mühitini qələviləşdirmək lazımdır.
Limon şirəsi 50-yə yaxın viruslara təsir edir. Limon vitamin C ilə zəngindir, bədəndə bu vitamin çatmayanda ağız yaraları, daxili qanaxmalar və s. kimi xəstəliklər əmələ gəlir. Limon çox güclü həlledicidir, belə ki, bədəndə olan toksinləri, ağır metal duzlarını, şlakları və s. kimi ziyanlıqları həll edib əritmə gücünə malikdir.
Limon ən yaxşı təmizləyicidir. Limon qaraciyərdə və bağırsaqlarda çürümə proseslərini ləngidir.
Limonun dadının turş olmasına baxmayaraq mədə turşuması, yəni qıcqırması zamanı limon şirəsini adi suya qarışdırıb içəndə turşunu neytrallaşdırır, yəni qıcqırmanı və turşuluğu aradan qaldırır. Suyla qarışmış limon şirəsi həm də xaricə istifadə olunur, məsələn ağız, boğaz yaraları zamanı qarqara olunur, burun qanaxmasının qarşısını almaq olur, göbələk xəstəliyində, xalları və çilləri hər gün dərini masaj etməklə götürmək olur.
Bəzi adamlarda dırnaqlar kövrəkləşir, tez sınır və kələ-kötür olur, bu zaman dırnaqları gündə 2 dəfə yarım saat (30 dəqiqə) limon şirəsinin içində saxlamaq lazımdır.
Limon qabığının qurudulmuşundan dəmlənilən çay bağırsaq köpünü götürür, həzmə kömək edir və əhval ruhiyyəni yüksəldir.
Limon ürəyin işemik xəstəliklərində çox faydalıdır, məsələn ateroskleroz xəstəliyi damarların içində yağabənzər maddələrin yığılması nəticəsində əmələ gəlir və sonda infarktla nəticələnir. Bu zaman nə etməli? Beş baş sarımaq sürtgəcdən keçirilir 15 ədəd limon şirəsi və 1 kq bal bir birinə qarışdırılır, 10 gün qaranlıq və sərin yerdə saxlanılır, hər gün qarışdırılır gündə üç dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı içilir.
Qan təzyiqi haqqında daha bir maraqlı və faydalı resept: qıtıqotu kökünü 2 gün suda saxlayın, sonra yarım stəkan sürtgəcdən çəkin, üstünə 1 stəkan kök şirəsi, 1 stəkan limon şirəsi, 1 stəkan bal, bunları bir-birinə qarışdırıb 1 həftə qaranlıq soyuq yerdə saxlayın, hər gün qarışdırmağı da unutmayın. Gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı içmək lazımdır.
Stenokardiya ürək damarlarının spazmıdır. Bu zaman ürək nahiyyəsində ağrılar əmələ gəlir, bu zaman 2 ədəd qabıqlı limonu və 2 ədəd orta ölçülü aloe yarpağının şirəsini 500 qram bal ilə qarışdırıb soyuq, qaranlıq yerdə 10 gün saxlayıb gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı içmək lazımdır.
Ürəyin işini rahatlaşdırmaq üçün və ürəyi daha da sağlamlaşdırmaq üçün kişmiş, qoz, bal, limon şirəsi hərəsindən 1 stəkan bir-birinə qarışdırıb məcun hazırlanılır. Bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.
Qurdlardan təmizlənmək üçün səhər ac qarına 1 ədəd təzə limon qabığı yemək lazımdır. Bunu 3 gün edə bilərsiniz və yaxud 3 ədəd limon tumunu qurudub qəhvəüyüdücüdən çəkin və ağzınıza atıb üstündən su için. Bu bədəndəki qurdların çox hissəsini tökmək gücünə malikdir.
Öd yollarını təmizləmək üçün yarım stəkan limon şirəsi, yarım stəkan çuğundur şirəsini bir-birinə qarışdırıb səhər ac qarına için. Bunu 10 gün edin.
Öd daşını əritmək üçün 100 qram qara turpun şirəsi, 100 qram limon şirəsi, 100 qram zeytun yağı bir-birinə qarışdırıb 2 ay səhərlər ac qarına 1 xörək qaşığı içmək lazımdır.
1 stəkanın yarısına qədər limon şirəsi, 1 xörək qaşığı alma sirkəsi, 1 xörək qaşığı bal və stekanın qalan hissəsinə çiy su əlavə edib bir-birinə qarışdırın. Bu qarışımı gündə 2 dəfə səhər axşam yeməkdən yarım saat əvvəl için. Bu böyrək daşlarının hamısını əridəcək, sidik əvvəlcə bulanıq gələcək sonra yavaş-yavaş durulacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?