GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gözdən əlillərdən vergi məmurlarına sərt ittihamlar

Gözdən əlillərdən vergi məmurlarına sərt ittihamlar

Tarix: 12-12-2016, 19:46 Bölmə :Ölkə Baxış: 389
Gözdən əlillərdən vergi məmurlarına sərt ittihamlar

Əlillərin Müdafiə Komitəsi gözdən əlilin qanunsuz həbsi ilə bağlı bir daha Vergilər nazirinə müraciət etdi

Əlillərin Müdafiə Komitəsinin Vergilər naziri Fazil Məmmədova ünvanladığı müraciətin surəti redkasiyamıza daxil olub. Müraciətdə gözdən əlillər Vergilər nazirindən narazılıqlarını ifadə ediblər.

Müraciətdə bildirilir ki, gözdən əlillər bir aydır ki, “Gündəm Xəbər” vasitəsilə nazirə müraciət ediblər: “Hörmətli nazir! Sizə Əlillərin Müdafiə Komitəsinin üzvü, hərbi xidmət zamanı gözdən əlil olan 2 körpə uşaq atası,Azərbaycan Ordusunun istefada olan zabiti Elyar İsrail oğlu İsmayılovun 11.11.2016-cı il tarixindən məhkəmə qərarı olmadan həbsdə saxlanmasının onun ölüm təhlükəsinə səbəb ola biləcəyindən yazmışdıq. Xahiş edirdik ki, onun zaminə buraxılmasına köməklik göstərəsiniz. 1 aydır ki, Vergilər Nazirliyi Aparatı “Vətəndaşların müraciətləri haqqında” qanunu yanlış izah və tətbiq edərək, konstitusion müraciət və qəbul olunma hüququmuza qadağa qoyub. Bizə bildirlir ki, sözügedən qanunun 6.6 maddəsinə əsasən, həbsdə olan şəxsin nümayəndəsi olmağımızı notarial qaydada təsdiq edən sənəd yoxdur. Ancaq bu maddənin yanlış tətbiq edilməsi göz önündədir. Birincisi, həbsdə olan şəxslə necə müqavilə bağlayaq? İkincisi, biz həbsdə olan gözdən əlilin nümayəndəsi kimi yox, öz adımızdan Sizə müraciət edib, qəbul olunmağımızı diləyirik. Görünür, müraciətimiz Sizə verilmir, ona görə də KİV yolu ilə bird aha müraciət etməyi qərara aldıq”.

Nazirə müraciət edən gözdən əlillər bildirirlər ki, Fazil Məmmədov və onun rəhbəri olduğu nazirliyin Aparatı Qarabağ əlillərinə, şəhid ailələrinə, sahibkarlara bəzən diqqət və qayğı göstərsələr də, yerlərdə isə bəzi üzdəniraq vergi əməkdaşları əlil, şəhid ailələrinin dərman, çörək puluna göz dikiblər: “Bu barədə Sizə bilgi verəndə hüquqi, insanlıq yardımınızı göstərmisiniz.Di gəl,vurğuladığımız kimi,11 noyabr 2016-cı il tarixində axşam saatlarında gözdən əlil Elyar İsmayılovun qanunsuz, insanlığa sığmayan şəkildə həbsinə hələ də reaksiyanız yoxdur. Bəli, Elyar İsmayılovun həbsi həm qanunsuzdur, həm də insanlığa ziddir. Birincisi, heç kimin, özəlliklə vergi əməkdaşının kimisə yaşayış, iş yerindən akt, protokol tərtib etmədən, qərar olmadan zorla aparıb, həbs etmək hüququ yoxdur. Həbs etmə səlahiyyəti yalnız məhkəməyə aiddir. İkincisi, Konstitusiyanın 61-ci maddəsinə görə, tutulan anda şəxs müdafiəçiylə təmin olunmalıdır. Ana Qanunun 63-cü “Təqsirsizlik prezumpsiyası” maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan heç kim cinayətdə təqsirli sayıla bilməz. Vergi orqanı isə gözdən əlilin təqsirli olması barədə məhkəmə qərarı olmadan iformasiya yayıb. Üçüncüsü,gözdən əlil, 2 körpə uşaq atası barədə həbs qətimkan tədbirinin seçilməsi də qanunsuz olması ilə yanaşı, insan hüquqlarına və əsas azadlıqlara tüpürməkdir. Fikir verin, əlil barəsində həbs tədbiri seçilməsi saxlandıqdan 7 gün sonra - 17.11.2016-cı ildə qərara alınıb. Əlilə verilən qərarda isə Yasamal məhkəməsinin hakimi Sərdar Mehrəliyevin 12.11.2016-cı il tarixli 4(004)-1119/2016 nömrəli qərarı ilə həbs seçildiyi yazılıb. Bu qərarın saxtalığı göz önündədir. Tutaq ki, vergi müstəntiqi bilmir, hakim Sərdar Mehrəliyev də bilmir ki, cinayət işlərində qərarın nömrəsi üçrəqəmli olur? 12.11.2016 tarixli qərarın nömrəsi axı dördrəqəmlidir! Belə çıxır,ya Sərdar Mehrəliyev köhnə tarixə saxta savadsız qərar çıxarıb,ya da müstəntiq onun adından qərar qəbul edib. İstənilən halda hakimiyyətin mənimsənilməsi dövlətə qarşı ən ağır cinayətdir. Məhkəmələrin həbs seçilməsində rüşvəti əsas tutmaları günümüzün gerçəyidir. Bəs vergi müstəntiqinə nə gəlib? İstintaq orqanı hansı əsasla gözdən əlili, 2 körpə uşaq atasını şəxsi mülahizəsi əsasında cinayətdə təqsirli bilib, həbs seçib?Axı hələ heç bir sübut-dəlil yoxdur. Müstəntiqlərin Konstitusiyanı,Cinayət Prosessual Məcəlləni (CPM) oxuması daha məntiqli olar, nəinki gözyumulu gözdən əlilə həbs cəzasə vermək. Ali Qanunda da, CPM-də də yazılıb ki, təqsirli şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyil, ifadə verməyə məcbur edilə bilməz, heç bir ifadənin, dəlil-sübutun məhkəmə üçün öncədən qəbul edilmiş qüvvəsi yoxdur. İstintaqın məhkəməyə təzyiqi də söz konusudur. Fikir verin, sanksiyasında cərimə də nəzərdə tutulan maddə ilə təqsirləndirilən 2 körpə uşaqlı gözdən əlilə aşağı-yuxarı instansiyalar istintaqın
təzyiqilə həbs qərarı verirlər. Müstəntiqin “sübutu” isə qanunsuz idman mərc oyunlarından 14 ay ərzində gözdən əlilin 168 min manat gəlir əldə etməsidir. Sual olunur:14 ay qanunsuz mərc oyunları 2 ay qabaq işə başlayan köşkdə necə keçirilə bilər? Bəs bura nəzarət edən vergi orqanı,polis, prokuorluq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Gənclər və İdman Nazirliyinin (GİN), İqtisadiyyat Nazirliyinin (İN) müvafiq qurumları hara baxırdı? Belə çıxır ki, bu qurumlar nəyinsə qarşılığında ya göz yumublar,ya da oyun olmayıb. İndi müstəntiq hansı əsasla Vergilər Nazirliyi də daxil olmaqla bağlantılı qurumları da şübhə altına alıb? Bir daha bildiririk ki,16.09.2016-cı il tarixində biz Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, DİN,Vergilər Nazirliyini bilgiləndirməklə idman mərc oyunlarının keçirilməsinə lisenziya-razılıq verilməsi üçün müraciət etmişik və 1 ay müddətində cavab verilmədiyindən (11.11.2016-da) fəaliyyətə başlamağımız icazəli sayılır. Qanunun tələbi belədir. Gənclər və İdman Nazirliyindən 22.11.2016-cı il tarixli və (NK-dan göndərilən müracəitə) 29.11.2016-cı il tarixli məktubla cavab verilərək “Azəridmanservis”” MMC-yə tapşırıq verilib və MMC-dən bildirilib ki, lisenziya hüququ yalnız TOPAZa məxsusdur, sahibkar kimi onunla müqavilə bağlaya bilərik. (Bu məktubları Sizə yazılı müraciətimizə əlavə etmişik və istintaq orqanına da təqdim olunub). Gənclər və İdman Nazirliyindən bildirilib ki, idman mərc oyunlarının keçirilməsinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Göründüyü kimi, gözdən əlil sahibkarın fəaliyyəti qanunsuz olmayıb, əksinə onun sahibkarlıq fəaliyyətinə qanunsuz qadağa qoyulub.Onu da vurğulayım ki, bütün dövlət qurumları əlillərin işlə təminatı, sahibkarlıq fəaliyyəti üçün şərait yaratmağa borcludur. Gözdən əlilin valyuta dəyişmə, idman mərc oyunu kimi nisbətən asan, rahat fəaliyyətlə məşğul olmasına dövlət özü şərait yaratmalıdır, nəinki onun dərman, çörək puluna göz dikib həbsdə öldürülməsinə. Necə olur, keçmiş ƏƏSM naziri əlillərə “ayaqqabı silmək biznesi” təşkil edirdi, indi də əlillər ağır şəraitdə nəqliyyat nəzarətçisi, tikinti və s. ağır işlərdə çörək pulunu qazanır, amma belə otaq şəraitində işlərə baş qoşanda məhbəslə mükafatlandırılırlar? Guya gözdən əlil 168 min manat gəlir əldə edib. Bəs hanı bu 168 min manat? Gözdən əlilin 2 körpə uşaqlı ailəsi niyə kirayələrdə qalır? Lap tutaq ki, gəlir 168 min olub, axı, dövlətə dəyən ziyan nə qədərdir? Sadələşdirilmiş vergi yolu ilə dövlətə cəmi 6720 manat ziyan dəyməsini hesablamaq belə çətindir? Buna görə gözdən əlilə ölüm hökmü çıxarılmalıdır?”

Sonda müraciətdə bildirilir: “Hörmətli nazir! Gözdən əlil Elyar İsmayılovun həyatı təhlükədədir. Onun qan təzyiqi 180-dən aşağı düşmür. Sizdən bizi qəbul edib, gözdən əlilin barəsində həbs qətimkan tədbirinin başqa tədbirlə əvəz olunmasına yardımçı olmağınızı diləyirik”.

Məğrur
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • VERGİLƏR NAZİRLİYİ VƏTƏNDAŞLARIN KONSTİTUSİON ”TƏQSİRSİZLİK PREZUMPSİYASI”NI POZUR

    VERGİLƏR NAZİRLİYİ VƏTƏNDAŞLARIN KONSTİTUSİON ...

    22-11-2016, 03:03

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    24-12-2015, 15:24

  • 
  • Vergilər Nazirliyində yeni TƏYİNAT

    Vergilər Nazirliyində yeni TƏYİNAT ...

    20-02-2016, 20:19

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51

  • 
  • BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR

    BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR ...

    10-01-2013, 12:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu