GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda təhlükəli virus: "Meningit, sətəlcəm, kəskin bronxit yaradır..."

Bakıda təhlükəli virus: "Meningit, sətəlcəm, kəskin bronxit yaradır..."

Tarix: 23-12-2016, 21:30 Bölmə :Ölkə Baxış: 604
Bakıda təhlükəli virus: "Meningit, sətəlcəm, kəskin bronxit yaradır..."

Son günlər əhali arasında kəskin qrip xəstəliyi yayılıb. Bu narahatlıq daha çox qızdırma, qusma, bel və kürək nahiyəsində ağrılar, öskürəklə müşayiət olunur. gundemxeber.az bidirir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkimi Namiq Muradov lent.az-a bildirib ki, təkcə ötən gecə bir stansiyaya 6 çağırış daxil olub ki, bunların 5-i qızdırma və qusma şikayəti ilə bağlıdır. Həkim onu da əlavə edib ki, son günlər bu cür şikayətlərlə gələn çağırışların sayı çoxdur.

Ailə həkimi Əsəd Həsənov saytımıza açıqlamasında bunun virus xəstəliyi olduğunu bildirdi. Virus xəstəliyi mikroblara nisbətən daha sürətlə yayılmağa meyllidir. Yayılmanın səbəbi hava-damcı yoludur. Yəni xəstəlik mənbəyi xəstədir - o, nəfəs alır, asqırır, öskürür və virusları havaya yoluxdurur: "Xəstə ətrafdakıları yoluxdurmaqla yanaşı, öz bədənində də həmin virusları çoxaldır. Şəhər yerlərində viruslar sürətlə yayılır, rayon, kənd yerlərində isə yox. Çünki orada insanların bir-biri ilə təması şəhərdəki kimi sıx deyil. Böyük şəhərlərdə ictimai nəqliyyat, bizim metro, avtobuslarda sıxlıqlar çoxdur. İşə, məktəbə gedən zaman çox yaxın təmasda duranda bu virus başqalarına rahatlıqla keçir".

Həkim hər kəsin xəstəliyi eyni keçirmədiyini də əlavə edir. Bəzilərində ağır, bəzilərində isə yüngül ağrılar müşahidə olunur. İmmuniteti güclü olan insanlar xəstəliyi yüngül keçirir. Normal qidalanması olan, təmiz havada gəzən, idmanla məşğul olan, yəni sağlam həyat tərzi sürən adamlarda immunitet güvənli olur: "Bu virus infeksiyaları əsasən tənəffüs yollarını zədələyir. Burundan əsnəklə bronxlara, oradan tənəffüs sisteminə yayılır. Bu, insan orqanizmi üçün yad maddədir. O yad maddə də insan orqanizminə zəhər kimi, yəni toksiki təsir edir və qızdırma, eyni zamanda yerli daxil olduğu yerdə iltihabi proses yaradır. Toksinlər də bədənə sorularaq kapillyar damarlara mənfi təsir edir, immun sistemini qıcıqlandıraraq temperatur yaradır".

Həkim onu da bildirir ki, bu cür xəstəlik hallarında insanlar dərhal qızdırmanı salmağa çalışmamalıdırlar. Çünki hərarət salan həblər qəbul etdikdə immun sistemi işə düşmür. Bu isə xəstəliyi bir az da uzadır: "Uşaqlarda isə bir az fərqlidir. Əgər uşağın hərarəti yüksəkdirsə və anadan olanda hər hansı bir nevroloji problemlə doğulubsa, məsələn, kəllədaxili təzyiqi, qıcolmaya meyllilik, belə hallarda uşağın qızdırması qıcolmaya səbəb ola bilər. Ona görə də uşağın hərarəti qalxdıqda onu salınmalı və başqa müalicə üsulları tətbiq edilməlidir ki, uşaq xəstəlikdən ağır duruma düşməsin".

Mütəxəssis virusların daha qorxulu olduğunu vurğulayır. Çünki viruslar mikroblara yol açırlar. Yüksək hərarət bir neçə gün davam edərsə bu, artıq öskürək, bəlğəm əmələ gətirir. Bu isə prosesə ikinci bir xəstəlik törədən amilin - mikrobun qoşulduğuna siqnaldır: "Virusla mikrob birləşir və xəstənin durumu pisləşir. Bunun fəsadları meningitə qədər gedib çıxa bilər, tənəffüs yollarında sətəlcəm, ağciyərlərdə iltihab, kəskin bronxit yarada bilər".

Ə. Həsənov xəstəlikdən qorunmaq üçün təmiz havada çox gəzməyi, əhalinin sıx olduğu yerlərdə mümkün qədər az olmağı və maskadan istifadə etməyi məsləhət görür. Ən əsası isə, xəstə insan mütləq maska taxmalıdır. Çünki həmin insan asqırıb-öskürdükdə onun tənəffüs yolundan xaric olunan hava damcısı aerozol şəklində havada üzməsin və başqalarının tənəffüs yoluna daxil olmasın: "Evin havası tez-tez dəyişdirilməlidir, C vitamini ilə zəngin qidalar qəbul edilməlidir, böyürtkən, zoğal mürəbbəsi yeyilməlidir, həm xəstələr, həm digər insanlar maye qəbulunu artırmalıdır. Maye qəbulu daha çox olduqda viruslar, toksiki maddələr sidiklə, tərlə xaric edilir. Profilaktika məqsədi ilə ailənin hər bir üzvünün yaşına görə müxtəlif dozada - 50, 100, 200 ml. gün ərzində bir dəfə C vitamini qəbul edilməlidir. Bu dərman apteklərdə satılır. C vitamini damar divarlarını bərkidir, selikli qişaları möhkəmləndirir, baryer funksiyasını artırır ki, virusun orqanlara daxil olması çətinləşsin. İmmun sisteminin işə salınmasında da C vitaminin rolu var".

Həkim onu da əlavə etdi ki, xəstənin müalicəsində qripin növünü müəyyən etmək vacibdir. Qrip növünü müəyyən etmək üçün analiz götürülməli və buna uyğun dərmanlar tətbiq olunmalıdır: "Qrip çox ciddi xəstəlikdir. Hər burnu axana qrip demək olmaz. Xəstəliyin müalicəsi üçün həkim məsləhəti önəmlidir. Mütləq həkim müalicə təyin etməlidir".

Pediatr Vaqif Qarayev də son vaxtlar yayılan xəstəliyin qətiyyən qrip olmadığını vurğuladı. Qripin ayrıca bir xəstəlik olduğunu deyən həkim, onun özünün törədicisi olduğunu və xüsusi gedişatı olan, xüsusi müalicə tələb edən xəstəlik olduğunu əlavə etdi: "Tarixdə milyonlarla can alan qrip epidemiyaları artıq yoxdur. İndi yayılansa virus infeksiyasıdır. Hamının başa düşəcəyi kimi desək, soyuqdəymədir və çox yayılıb. Amma çox ciddi təhlükə deyil. Buna epidemiya demək olmaz. Bu virusa yoluxduqda insanları daha çox öskürək narahat edir. Üzücü, tutma şəkilli öskürək, körpə uşaqlarda isə qızdırma bir az sözə baxan olmur, çətin idarə olunur".

Həkim bu virusdan qorunmaq və təhlükəsizlik tədbirləri məqsədi ilə ilk növbədə bağçaya, məktəbə gedən xəstə uşağın kollektivə buraxılmamasını məsləhət görür. Çünki həm xəstə uşaq xəstəliyi ağır keçirə bilər, həm də digər sağlam uşaqları yoluxdurmaq olmaz. Bu isə ən azından etik baxımdan düzgün deyil: "Xəstə uşaq bağçaya, məktəbə getdikdə müalicə çətinləşir. Digər tərəfdən isə, kiminsə uşağı sağlamdırsa, digərinin xəstə uşağı onu niyə yoluxdurmalıdır? Uşaq kollektivində olan uşaqların qorunmağının ən birinci üsulu budur: xəstə uşaq kollektivə buraxılmamalıdır. Anlayıram, valideynlərin çoxu işləyir, arqumentləri var ki, işdən buraxmırlar. Amma təcrübə göstərir ki, maddi baxımdan dava-dərmana həmin bir neçə günün qazancından daha çox xərclənir. Uşağın sağlamlığı da bu tərəfdən gedir".

Mütəxəssis xəstəliyin yayılmasında ən azı valideynlər qədər bağça və məktəb kollektivlərinin rəhbərlərini də günahlandırır. Məktəblərdə davamiyyətə önəm verən kollektiv rəhbərləri də uşaqların sağlamlığını ikinci planda qoyurlar: "Gedək istənilən kollektivə, ortalama 20 uşaqdan 5-i sağlam deyil. Əksəriyyəti xəstədir, ya qızdırması var, ya öskürür. Bir ara məktəblərdə dərs buraxdığına görə cərimə tələb edirdilər. Həkimdən arayış alın, uşaq evdə qalsın. Burada çətin heç nə yoxdur axı. Uşaq 2-3 gün məktəbə getməsə, uşaq heç nə itirmir. Əksinə, sağlamlığın itirir. Ən çox da tez-tez xəstələnən uşaqlar. İkinci mühüm məqam da sağlam uşaqları yoluxdurur".

Ailədə olan digər uşaqların qorunması üçün sağlam qidalanma vacibdir. Həkim bol meyvə-tərəvəz yeməyi məsləhət görür. Bununla yanaşı, geyim də əsas amillərdən biridir: "Bizim bir şakərimiz var, hava bir balaca soyuyan kimi evdə nə qədər qalın paltar var üst-üstə uşağa geyindirirlər. Bu, qətiyyən yolverilməzdir. Dəri nəfəs almalıdır. Qalın paltarı üst-üstə geyindirəndə uşaq tərləyir və soyuq daha tez tutur. Normal geyindirmək lazımdır. Soyuq bizdə bir cin obrazındadır. Bu cür yanaşmaq olmaz. Uşaq təmiz havada kifayət qədər çox olmalıdır. Uşağın ağzını-burnunu 2-3 şərflə kip bağlamağın mənası yoxdur, uşaq nəfəs almalıdır. Valideynlərdən soruşuram ki, otaqları nə ilə qızdırırsınız? Məlum olur ki, bütün qızdırıcıları qoşurlar. Axı, bu cür isti evdə uşaq nəfəs ala bilməz".

Bunlarla yanaşı, həkim profilaktik olaraq qorunmaq üçün uşaqlara eyni zamanda C vitamininin müxtəlif formalarını içirtməyi məsləhət görür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni virus yayılıb

    Azərbaycanda yeni virus yayılıb ...

    22-09-2014, 16:40

  • 
  • Azərbaycanda virus mənşəli xəstəlik yayılıb - ƏHALİYƏ XƏBƏRDARLIQ

    Azərbaycanda virus mənşəli xəstəlik yayılıb - ...

    1-04-2015, 22:06

  • 
  • Bu virus xəstəlik böyrəkləri zədələyir

    Bu virus xəstəlik böyrəkləri zədələyir ...

    26-06-2016, 22:35

  • 
  • Azərbaycan qripin yeni virus forması ilə üz-üzə

    Azərbaycan qripin yeni virus forması ilə üz-üzə ...

    7-01-2014, 13:05

  • 
  • Yeni virus daha üç adamın ölümünə səbəb olub

    Yeni virus daha üç adamın ölümünə səbəb olub ...

    1-06-2013, 03:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu