Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Şahin Bağırov Teref.info-ya məktub yazaraq ölkəbaşçısına göndərdiyi məktubu çap etməyimizi xahiş edib! Bizdə şahin bəyin ölkə başçısı İlham Əliyevə, PA rəhbəri Ramiz Mehdiyevə və baş prokuror Zakir Qaralova etdiyi müraciəti sizin nəzərinizə çatdırırıq. “Gündəm Xəbər” oxucularına Şahin Bağırovun həmin müraciətini təqdim edir:
Mən AMEA-nın Fəlsəfə İnstitutunda 2 fevral 2006-cı ildən aparıcı elmi işçi vəzifəsində çalışıram. Səmimi olaraq bildirirəm ki, 12 fevral 1953-cü ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş Abbasov Əbülhəsən Fərhad oğlunun rəhbərliyi, təşkilatçılığı və bilavasitə təhriki ilə onun həmyerlisi, Fəlsəfə İnstitutun 08.12.2016-cı il tarixdən sabiq əməkdaşı, əvvəllər bir neçə dəfə məhkum olunmuş, bundan başqa Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin 24.05.2016-cı il tarixli, iş № 1(004)-340/2016 saylı qərarına əsasən AR. CM-nın 147.2 və 148-ci maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hal-hazırda Yasamal RPİ-nin istintaq şöbəsi tərəfindən AR. CM-nin 128; 221.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Gədəbəy rayon hərbi komissarlığında 17b (nevrosteniya, psixoteriya) diaqnozu ilə hərbi xidmətə tam yararsız, 6 dəfə ailəli olub boşanmış və bir qız övladına (Yasamal rayon məhkəməsinin- İş № 2 (004)- 6693/2014 saylı qətnaməsinə əsasən) aliment belə ödəməyən, şəxsi işinin içində adı, soyadı və atasının adının naməlum səbəblərdən kökündən dəyişməsi barədə heç bir hüquqi sənəd və məhkəmə qərardadı olmayan, sonradan isə 25 iyul 1979-ci il təvəllüdlü Ruşanzadə Ruşan Ələmşa oğlu kimi saxta şəxsiyyət vəsiqəsinə sahiblənən, əslində isə 01.02.2003-cü ildə aldığı şəxsiyyət vəsiqəsində Mustafazadə Rövşən (bu inisialda atasının adı qeyd olunmur) bədənimin müxtəlif nahiyələrinə ağır bədən xəsarətləri yetirib. Səbəb isə onun dövlət əleyhinə, 02 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun şanlı və zəfər döyüşlərinə xələl gətirən və səsləndirdiyi yazılması mümkün olmayan küçə söyüşlərinə, mənim obyektiv şəkildə reaksiyamın olması oldu. O isə mənim bu obyektiv reaksiyama şəxsiyyətimi, şərəf və ləqayətimi alçaldan küçə söyüşləri ilə təhqir etdi və xuliqanlıq hərəkətlərini davam etdirməyə başladı. Mən bu barədə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadəyə rəsmi məlumat vermək üçün AMEA-nın inzibati binasının 4-cü mərtəbəsində lift gözləyərkən dəhlizdə mənim boyun nahiyəmin arxasından qəflətən vuraraq ayaq zərbəsi ilə məni yerə yıxmış, təpik zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə qüvvətli zərbələr endirmiş, əlindəki bıçaqla diz nayihələrimin müxtəlif yerlərini dəlib- deşmişdir, dəhlizdə sürüyərək köynəyimi və şalvarımın dizlərini cırmışdır. AMEA-nın rəsmi işçiləri olan 7 nəfər hadisə şahidləri bu barədə təhqiqata və istintaqa öz obyektiv, şəffaf izahat və ifadələrini veriblər. Artıq neçə müddətdir ki, AMEA-nın Fəlsəfə İnstitutunun sabiq əməkdaşı Ruşanzadə Ruşan (Mustafayev Rövşən), eləcə də onun bir neçə havadarlarından biri olan baş elmi işçi Abbasov Əbülhəsən Fərhad oğlu Sizə və mətbuata qeyri-obyektiv müraciətlər ünvanlayaraq Sizə, elmi- ictimaiyyətə və cəmiyyətə məqsədli şəkildə iftira, böhtan, şantaj və yalan dolu məlumatlar vermişlər. Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) Sizə ünvanlanan “Ədalətə nəfəs verin” adlı müraciəti bütünlüklə onun öz saxta əməllərini gizlətmək məqsədi daşıyır, bunu onun hiyləgər reputasiyasının son cəhdi hesab edirəm. Sizə müraciət etməklə, bilavasitə, onun yalan və iftiralarını adekvat olaraq mötəbər və təkzibi mümkün olmayan hüquqi sənədlərlə Sizə, elmi ictimaiyyətə və Azərbaycan xalqına təqdim edirəm! Sizə səmimi olaraq bildirirəm ki, 24 yaşına qədər, yəni 13.02.2003-cü ilə qədər Mustafayev Rövşən Ələmşa oğlu heç bir şəxsiyyət vəsiqəsinə və kimliyə malik olmamışdır. Birinci dəfə o, Gədəbəy Rayon Polis Şöbəsindən 13.02.2003 tarixdə AZE №00371272 nömrəli Mustafayev Rövşən Ələmşa oğlu “ailəlidir” formatında şəxsiyyət vəsiqəsi almışdır. İkinci dəfə şəxsiyyət vəsiqəsini 10.09.2009-cu il tarixdə Gədəbəy RPŞ-dən Musatafayev Rövşən Ələmşa oğlu kimi “subaydır” sözləri yazılmış AZE № 07014663 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Bir ay doqquz gün sonra üçüncü dəfə şəxsiyyət vəsiqəsini isə heç bir əsası olmadan 19.10.2009-cu ildə Gədəbəy RPŞ-dən Ruşanzadə Ruşan Ələmşa oğlu “subaydır” sözləri yazılmış AZE № 07015088 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Dördüncü dəfə şəxsiyyət vəsiqəsi 27.10.2010-cu il tarixdə Gədəbəy RPŞ-dən Ruşanzadə Ruşan Ələmşa oğlu “ailəlidir” sözləri yazılmış AZE № 08432437 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Beşinci dəfə şəxsiyyət vəsiqəsi 22.04.2011-ci il tarixdə Yasamal RPİ-dən Şərifzadə küçəsi 12, mənzil 17-də qeydiyyatda olan, Ruşanzadə Ruşan Ələmşa oğlu “ailəlidir” sözləri yazılmış AZE № 08758241 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Altıncı dəfə şəxsiyyət vəsiqəsi 30.10.2014-ci il tarixdə Ruşanzadə Ruşan Ələmşa oğlu “subaydır” sözləri yazılmış, ASAN xidmətdən AZE № 00100034 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Yeddinci dəfə şəxsiyyət vəsiqəsi 20.12.2014-cü il tarixdə ASAN xidmətdən Ruşanzadə Ruşan Ələmşa oğlu “ailəlidir” sözləri yazılmış, AZE № 14698382 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Səkkizinci dəfə şəxsiyyət vəsiqəsi 18.12.2015-ci il tarixdə ASAN xidmətdən Ruşanzadə Ruşan Ələmşa oğlu “subaydır” sözləri yazılmış AZE № 15324814 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Həyat yoldaşları: Birinci həyat yoldaşı özündən 15 yaş böyük olan, 07.02.1964-ci ildə Gədəbəy rayonunda anadan olmuş Hüseynova Rübabə İslam qızı (müxtəlif dövrlərdə Gədəbəy, Saatlı, Sabirabad və Abşeron rayon polis şöbələrinin rəisi vəzifələrində çalışmış Cahangir Hüseynovun qardaşı qızı) şəxsiyyət vəsiqəsinin nömrəsi AZE №15003820. Cahangir Hüseynov vəzifədən azad olunan kimi Ruşanzadə Ruşan Ələmşa oğlu özündən 15 yaş böyük olan Hüseynova Rübabə İslam qızı ilə ailə nikahına son vermişdir. İkinci həyat yoldaşı- 19.01.1985-ci ildə Gədəbəy rayonunda anadan olan İbrahimova Aynur Davud qızı (Gədəbəy rayonundan olan mərhum filosof Cəmil Əhmədlinin bacısı qızı) şəxsiyyət vəsiqəsinin nömrəsi AZE № 13767164. İkinci həyat yoldaşının (sonradan Ruşanzadə Aynur Davud qızı kimi keçir) ikinci şəxsiyyət vəsiqəsinin nömrəsi AZE № 08432463. Cəmil Əhmədli vəfat etdikdən sonra İbrahimova (Ruşanzadə) Aynur Davud qızı ilə olan ailə nikahına da son verilmişdir. Üçüncü həyat yoldaşı- 14.06.1985-ci il təvəllüdlü, Xaçmaz rayonunda anadan olmuş, həmin rayonda Musabəyov küç. ev № 13-də qeydiyyatda olan, 25.12.2014-cü ildə Xaçmaz RPŞ-i tərəfindən AZE № 00363397 nömrəli şəxsiyyət vəsiqəsi almış Hüseynova Sevinc Hacıbaba qızı olmuşdur. Xaçmaz rayon məhkəməsinin qərarı ilə 22.05.2015-ci ildə ailə nikahına son verilmişdir. Cəmi 5 ay 21 gün birgə nikahda olmuşlar. Dördüncü həyat yoldaşı- 31.07.1983-cü il təvəllüdlü, Ağsu rayonunda anadan olmuş, həmin rayonda Natavan küç. ev: 19-da qeydiyyatda olan, 30.07.2009-cu ildə Ağsu RPŞ-i tərəfindən AZE № 07292824 nömrəli şəxsiyyət vəsiqəsi almış İsmayılova Aynur Fərhad qızıdır. Ruşan Ruşanzadə bu xanımla da 7 ay 9 gün birgə nikahda yaşamışdır. Beşinci həyat yoldaşı- 06.10.1997-ci il təvəllüdlü, Zərdab rayonunun Məlikli kəndində anadan olmuş və həmin ünvanda yaşayan, 15.12.2014-cü ildə Zərdab RPŞ-i tərəfindən AZE № 13439871 nömrəli şəxsiyyət vəsiqəsi almış Abışlı Aytac Nəsir qızıdır. Qeyd edim ki, Ruşan Ruşanzadə bu xanımla da 3 ay 8 gün birgə nikahda yaşamışdır. Altıncı həyat yoldaşı- 03.12.1968-ci il təvəllüdlü, Göyçay rayonunun Bığır kəndində anadan olmuş İsmayılova Təranə Kamil qızı Sabunçu RPŞ-i tərəfindən AZE № 43986160 nömrəli şəxsiyyət vəsiqəsi almış, altınçı həyat yoldaşı özündən 11 yaş böyük. Bu qadınla isə 5 ay 8 gün birgə nikahda yaşamışdır. Ruşanzadə Ruşanın (Mustafayev Rövşən) heç bir hüquqi sənəd və tutarlı əsasları olmadan 8 dəfə şəxsiyyət vəsiqəsini dəyişməsinə əsas səbəblər: bu adamın 6 dəfə ailə həyatı qurub ayrılması olmuşsa, 5 dəfə isə törətdiyi müxtəlif cinayətlərdən məharətlə məqsədli şəkildə gizlənməsi olub. Belə ki, Rusiya Federasiyasının və Gürcüstan respublikasının Miqrasiya xidmətləri tərəfindən deportasiya olunaraq 43 min ABŞ dolları məbləğındə cərimə olunmuşdur. Məharətli və peşəkar dələduz bu cərimələrdən yayınmaq üçün, 28.11.2008-ci ildə, Gədəbəy rayon mənkəməsinin hakimi Hüseyn Hüseynovun iş № 260/555 saylı saxta qətnaməsi ilə ad və soyadını kökündən düşünülmüş şəkildə dəyişərək Ruşanzadə Ruşan Ələmşa oğlu kimi rəsmi qeydiyyata alınmışdır. Rəsmi olaraq bildirirəm ki, bu qətnaməni verən Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynov 24.01.2009-cu ildə Məhkəmə hüquq şurasının qərarı və cənab Prezident, Sizin sərəncamınızla, belə saxta və əsassız qətnamələrinə görə hakimlik fəaliyyətinə xitam verilmişdir. Bu şəxs Sizə müraciətində guya “Dövlət əxlaqı” və insan amilinə bağlı kitabın üzərində işlədiyini iddia edir. Xalqımızın min illərlə formalaşmış milli, mənəvi və əxlaqı dəyərlərini kobud formada pozan, elmi mühitdə əxlaq kodeksinə görə İnstitutun direktoru və hamı tərəfindən rədd olunan, “naftalin iyi” verən birinin “Dövlət əxlaqı” və insan amilindən danışması və guya kitab yazmaq həvəsinə düşməsi sadəcə insanlarda və elmi mühitdə kəskin ikrah hissi doğurur. Çox qısa zamanda altı qadını “salfetka” kimi dəyişən, alfons birisinin bu meyarları düşünməsi, dərk etməsi “tülkünün həccə getməsi” kimi bir şeydir.
Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) atası Mustafayev Ələmşa İsgəndər oğlu, 1929-cu ildə Gədəbəy rayonunda anadan olan, Gədəbəy RPŞ-i tərəfindən AZE № 03048471 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Mustafayev Ələmşa İsgəndər oğlu 5 ildir ki, dünyasını dəyişib. Çox maraqlıdır ki, bəs prokurorluq və polis orqanlarına (yaşasaydı 88 yaşı olacaqdı) “Ələmşa” adı ilə gətirib təqdim etdiyi şəxs kimdir ?! Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) Ali təhsil barədə diplomunun tam saxta olduğu aşkarlanıb. Onun “diplomu” Təhsil Nazirliyinin müvafiq qurumunda şəffaf və düzgün nastrifikasiya olunmayıb. Misir Mərdanovun təhsil naziri işlədiyi vaxtda bu qurumun müvafiq strukturunda belə qanunsuz işlərlə məşğul olanların 7 nəfəri hazırda həbsdədir. Həmin şəxsləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi həbs edib. Təhsil nazirliyinin nastrifikasiya ilə məşğul olan keçmiş iki əməkdaşı Nəzakət Famil qızı Hacıyeva və Təhsil nazirliyinin aparatının rəhbəri İlham Pirməmmədov isə 2013-cü ildən Sizin sərəncamınızla yeni Təhsil naziri təyin olunan Mikayıl Cabbarov tərəfindən təhsil nazirliyinin sistemindən tamamilə uzaqlaşdırılıblar. Bildirirəm ki, Nəzakət Hacıyeva AMEA-nın mərhum vitse-prezidenti akademik Akif Hacıyevin gəlinidir. Qeyd edim ki, Ruşanzadə Ruşan (Mustafayev Rövşən) guya 2003-2007-ci illər ərzində Gürcüstanda “Tbilisi Siyasi Akademiyası” adlı özəl bir “akademiya”da təhsil alıb. Dövlət Sərhəd Xidməti rəisinin 12 iyun 2015-ci il tarixli 691/1114 saylı rəsmi məktubuna əsasən qeyd olunan illər ərzində, yəni 2003-2007-ci illərdə Ruşan Ruşanzadənin Azərbaycan – Gürcüstan dövlət sərhəd xidmətinin keçid məntəqələrində giriş və çıxışı barəsində bir dəfə də olsun rəsmi qeydiyyata alınmamışdır. Bundan başqa qeyd etmək istəyirəm ki, bu şəxs nə gürcü, nə ingilis, nə də rus dilində qətiyyən ünsiyyət qurmaq qabiliyyətinə malik deyildir. O zaman məntiqi sual ortaya çıxır: Gürcüstan respublikasında guya aldığı ali təhsili hansı dildə “dərk edib”? Həmin “akademiya”nın Gürcüstan respublikasındakı rəsmi qeydiyyatı və vergilər idarəsindəki VÖEN-in izi apardığım araşdırmanı Tbilisi şəhəri, Ş.Rustaveli küçəsinin sonu, Saburtalo rayonu, Pekin küçəsi 31 ünvanında 1 otaqlı mənzilə aparıb çıxarır!!! Məlum olur ki, bu təhsil müəssisəsi vergilər idarəsində cəmi 3 ay 11 gün fəaliyyət göstərib və sonra bağlanıb. Hətta “diplom”a qəribə bir möhür də basılıb. (müraciətimə saxta diplomun surətini təqdim edirəm). Həmin saxta diplomda dövlətin gerbli möhürü əvəzinə, banan və dondurma qutularının üzərinə vurulan dəfətərxana ştamplarından istifadə olunmuşdur. Ruşanzadə Ruşana (Mustafayev Rövşən, Mustafazadə Rövşən) məxsus saxta sənədlərin surətlərini Sizə təqdim edirəm. Sizə tam və səmimi şəkildə müraciət edərək bildirirəm ki, Fəlsəfə İnstitutunun baş elmi işçisi, institutda daima idarə olunan intriqa və konflikt yaratmaqda mahir usta olan baş ideoloqlardan biri Abbasov Əbülhəsən Fərhad oğlu müxtəlif elektron saytlara və KİV-lərə ünvanladığı müraciətdə qəsdən, düşünülmüş və məqsədli şəkildə mənim və Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadənin ünvanına həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli məlumatlar ötürmüşdür. Belə ki, verdiyi informasiyalarda hadisələrin istiqamətini dəyişərək guya mənim İnstitutun əməkdaşı Hacı Xaliq tərəfindən öyrədildiyimi, onun təsir dairəsində hərəkət etdiyimi bildirmişdir. Tam səmimiyyətlə Sizə bildirirəm ki, mənim Hacı Xaliq ilə heç bir zaman səmimi ünsiyyətim və işgüzar münasibətlərim olmayıb, onunla münasibətlərim həmişə gərgin və kəskin olub. Mən özümü dəfələrlə Hacı Xaliqdən təcrübəli və mübariz hesab etmişəm. Mənim 50 yaşım var, 4 övlad atasıyam. AMEA-nın Fəlsəfə İnstitutunda işləyirəm. Siyasi elmlər üzrə fəlsəfə doktoruyam, hazırda institutun aparıcı elmi işçisi və BDU-nun dosenti kimi pedaqoji fəaliyyətlə mütəmadi məşğulam. Bütün şüurlu həyat fəaliyyətim göstərir ki, mən özüm heç vaxt heç kimin aləti və əlaltısı olmamışam. Heç kəsin arxasında gizlənməmişəm. Haqsızlığa qarşı mübarizəmi həmişə ədalətlə aparmışam. Bundan sonra da şüurlu həyatımda vicdanımı və mənəviyyatımı itirməyəcəm. 16.12. 2016-cı ildə Ruşanzadə Ruşan (Mustafayev Rövşən) tərəfindən Sizə və bir sıra səlahiyyətli dövlət məmurlarına müraciət ünvanlanıb. O, özü və himayədarı Abbasov Əbülhəsənin xislətinə uyğun şəkildə yazır ki, guya mənim banklara borcum olduğundan kimlərinsə əlaltısına çevrilmişəm, zəif iradəlinin birisiyəm… Əslində, şöbəmizdə yeganə şəxsəm ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən heç bir banka borcum yoxdur. İstənilən banka sorğu verib öyrənmək çətin məsələ deyil… Digər tərəfdən, 17-b diaqnozu ilə hərbi xidmətə tam yararsız – dezertirin birisi olan Ruşanzadə Ruşanın (Mustafayev Rövşən) mütamadi olaraq qanunsuz hərbi uniforma geyərək, üzərinə müxtəlif orden və medallar, qanunsuz “polkovnik” rütbəsi taxmaqla hərbi beretkada Bakı küçələrində veyillənməyinin şahidi olan onminlərlə paytaxt sakinləri mövcuddur! Əslində, bu, peşəkar və mahir dələduz, cinayətkar Ruşanzadə Ruşan tərəfindən Azərbaycan ordusunun, onun atributlarının ələ salınması deməkdir. Vaxtilə siyasi riyakarlığına görə təkrarsız və əvəzolunmaz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Prezident Admnistrasiyasından işdən qovulan Abbasov Əbülhəsən sonrakı intriqant və qisasçılıq fəaliyyətini AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda davam etdirir. Onun başı pozuq yazılarına və kitablarına görə, bədəlini həmin İnstitun direktoru işləmiş Əli Abbasov ödəməli olur. Belə ki, AMEA-nın o zamankı rəhbəri, mərhum Mahmud Kərimov Əli Abbasovu tutduğu vəzifədən azad edir. Vaxtilə institutun direktoru olmuş Əli Abbasovu vəzifəsindən uzaqlaşmasında müstəsna rolu olan Abbasov Əbülhəsən təəssüf ki, yenə öz ampluasındadır ! Səmimi bildirirəm ki, Ruşanzadə Ruşan (Mustafayev Rövşən) vaxtilə AMEA-nın mərhum prezidenti Mahmud Kərimovu, AMEA-nın işlər idarəsinin müdiri Turab Əhmədovu, AMEA-nın şəhərciyinin məsul işçisi Malik Əliyevi şantaj edərək aspirantların yataqxasına məxsus idman zalını özünə necə “yaşayış məskəni” etməsinin də çox maraqlı “epizodlarla” zəngin bir tarixçəsi var… Belə ki, qolunu AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun xidməti maşının təkəri altına qoyaraq “zədələmiş” və mərhum Mahmud Kərimovu davamlı olaraq şantaj edərək yuxarıda qeyd etdiyim idman zalını almışdır. Məsələnin digər acınacaqlı tərəfi isə həmin idman zalının təmiri adı altında dəfələrlə rəhmətlik Mahmud Kərimovdan (yenə də şantaj yolu ilə) böyük həcmdə maddi vəsaitlər alaraq, öz çirkli “şəxsi məqsədlərinə” istifadə etmişdir. Qeyd edim ki, AR DİN-nin Yasamal rayon RP-nin 28-ci polis bölməsinin tədqiqatçısı, polis kapitanı Kamil Rəhmanovun icraatında olan HK-1-1276-1277 saylı təhqiqat materialları hazırda Respublika Prokurorluğunda icraata götürülərək obyektiv və şəffaf istintaq hərəkətləri aparılır. Buna baxmayaraq Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) təşkilatçısı, sifarişçisi və təhrikçisi Əbdülhəsən Abbasov mətbuata açıqlama verərək, guya mənim – Şahin Bağırovun Ruşana xəsarət yetirdiyimi bildirir. Əslində, Azərbaycan Respublikası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi ekspert rəyində Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) heç bir bədən xəsarətlərinin olmadığı və əksinə, AR CM-nin 128-ci maddəsinin tələblərinə əsasən bədənimin müxtəlif nahiyələrindəki xəsarətlər barədə məlumat 1035 saylı 30.11.2016-cı il tarixli rəydə öz əksini tapmışdır. Məhz bu cinayət işi də bu səbəbdən və şahid qismində dindirilən şəxslərin verdiyi ifadələr əsasında qaldırılmışdır. Digər tərəfdən, Gədəbəy rayon sakini Abbasov Əbülhəsən mətbuata açıqlamasında Ruşanın işdən azad olunması barədə institut direktoru İlham Məmmədzadənin imzaladığı və möhürlə təsdiq etdiyi 09.12.2016-cı il tarixli, 51/01-388 saylı rəsmi əmrə şübhə ilə yanaşır (?). Hətta bir az da irəli gedərək direktor, professor İ.Məmmədzadənin naşı və təcrübəsiz olduğunu və guya təzyiq altında əmrə imza atdığını vurğulayır. Bunu Ruşanzadə Ruşan da Sizə ünvanladığı müraciətdə təkrarən vurğulayır. Əgər, İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İ.Məmmədzadənin imzası saxtadırsa və ona təzyiq altında qol çəkdirilibsə bu barədə məhkəməyə niyə müraciət olunmayıb? Sizə olunan müraciətində sabiq əməkdaş Ruşanzadə Ruşan (Mustafayev Rövşən) guya mənim ona nə vaxtsa doktorluq dissertasiyamla bağlı müraciətimin olduğunu, ondan müsbət çıxış etməsini xahiş etdiyimi, onun isə buna münasibətinin yaxşı olmadığını bildirir. Bu da tamamilə cəfəngiyyatdır. Çünki elmə aidiyyatı olmayan, heç “elm” sözünün “e”-hərifindən xəbəri olmayan birisindən mənim bunu “xahiş etməyim” çox absurd görünür. Rus dilində qətiyyən ünsiyyət qurmağı bacarmayan Ruşanzadə Ruşan (Mustafayev Rövşən) bir az da irəli gedərək mənim işimdə rus tədqiqatçılarının əsərlərindən guya plagiatlar sezdiyindən münasibəti pis olub… Əvvəla, tam səmimiyyətlə qeyd edim ki, mənim doktorluğumun ikinci müzakirəsində Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) başı barəsindəki cinayət işlərinə və xüsusi ittiham qaydasında məhkəmələrə qarışdığından institutda işə gəlmirdi. Mən bunu heç onun ağsaqqalı Abbasov Əbülhəsəndən xahiş etməmişəm, qaldı ki elmsiz və psixi xəstə olan Ruşanzadə Ruşandan (Mustafayev Rövşəndən)… Qeyd edim ki, mənim doktorluq dissertasiyama təkcə 12 elmlər doktoru olan professorlar rəsmi müsbət rəy verib. Ruşanzadə Ruşan (Mustafayev Rövşən) bir çox hüquq- mühafizə orqanlarının rəhbərləri və əməkdaşları ilə görüşdə qeyri- səmimi olaraq bildirir ki, guya Gürcüstanda təhsil aldığı əldəqayırma ali təhsil müəssisəsinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazədinin məktubu ilə göndərilib. Qafqaz Müsəlmanları İdarəsi 14 dekabr 2016-cı il tarixli 580/1419741 saylı məktubuna əsasən Gürcüstan Respublikasında fəaliyyət göstərən heç bir ali təhsil müəssisəsi ilə aralarında müqavilə və saziş yoxdur. O cümlədən, 25.07.1979-cu ildə Gədəbəy rayonunda anadan olmuş Mustafayev Rövşən Ələmşa oğluna və ya Ruşanzadə Ruşan Ələmşa oğluna Qafqaz Müsəlmanları İdarəsi respublika daxilində və respublika xaricində heç bir təhsil müəssisəsində oxumaq üçün təqdimat və göndəriş verməmişdir. Çox hörmətlə: AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, BDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırov “Gündəm Xəbər” olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?