Əli Məsimli və Vahid Əhmədov Avropa Parlamentinə məktub yazıblar Milli Məclisin üzvləri Əli Məsimli və Vahid Əhmədov Avropa Parlamentinin (AP) bir neçə üzvünün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar AP-nin prezidentinə və parlamentarilərə etiraz məktubu göndəriblər. Bu barədə məlumatı “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” yayıb. Əli Məsimli və Vahiq Əhmədov öz məktublarında bildirirlər ki, AP-nin bir neçə üzvünün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfərini qanunazidd lobbiçilik, mənşəyinin şübhəli təmannalıq prinsiplərindən qaynaqlanan qərəzli, beynəlxalq hüquq normalarına və dəyərlərə zidd, siyasi diplomatik etikaya, Azərbaycan Respublikasının süveren hüquqlarına hörmətsizlik, qarşılıqlı əməkdaşlığa ciddi zərbə vuran bir hadisə kimi dəyərləndirirlər.
“Biz bunu pisləyir, sizləri bu məsələyə münasibət bildirməyi və belə hərəkətlərin qarşısının alıması üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə məktubda vurğulanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?