Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızını öldürən 1981-ci il təvəllüdlü Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
2016-cı ilin avqustun 3-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.
Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Züleyxa Cəfərova tutulub.
Məlum olub ki, Züleyxa Cəfərova öz qızını hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.
Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Züleyxa Cəfərova Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?