GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

Tarix: 15-01-2017, 19:06 Bölmə :Ölkə Baxış: 525
Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

Bir neçə gün öncə Nərimanov rayonu, Ziya Bünyadov prospektində 20 saylı avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Avtobusun idarəetməni itirərək yolun kənarındakı hasara çırpılması 3 nəfərin - 23 yaşlı Qənirə Məmmədzadə, 26 yaşlı Aişə Rüstəmova və 66 yaşlı Xuraman Cabbarovanın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsinə səbəb oldu.

Son günlər avtobusların iştirakı ilə baş verən qəzaların sayı artıb. Yanvar ayı başlanandan, demək olar ki, hər iki gündən bir ictimai nəqliyyatda qəza hadisələrinin şahidi olmuşuq, ümumilikdə, 12 gün ərzində 6 avtobus qəzası qeydə alınıb. Hadisələrə 173 və 62 saylı marşrut avtobuslarının iki piyadanı vuraraq öldürməsi də daxildir. Əksər nəqliyyat hadisələri ölümsüz ötüşsə də, bu hallar ictimai nəqliyyatın təhlükəsiz vasitə olduğunu şübhə altına alır.

Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

Bəzi ekspertlər avtobus qəzalarının tez-tez baş verməsinin səbəbini hələ də sürücülərin sərnişinlərə pul kimi baxmasında görürlər. İctimai nəqliyyatın işi düzgün qurulmadığından, bütün avtobuslarda hələ də sürücülər aylıq maaş sisteminə keçirilmədiyindən, onlar hər qabağına çıxan sərnişini götürmək üçün dayanacaqdan kənarda neçə dəfə desən dayanır, qrafikdən geri qalmamaq üçün mümkün qədər tez sürür, bütün qaydaları pozaraq qırmızı işıqda keçir, eyni xətdəki avtobusla ötüşməyə qədər istənilən qanunsuzluğa gedirlər. Ciddi nəzarət olmadığından, avtobusu idarə edərək telefonla danışır, çay içir, günəbaxan tumu çırtlayır, ən əsası da qanunla 8 saat işləməli olduğu halda, bəzən 16 saat işləyərək yola çıxıb həm özünün, həm də ona etibar olunan sərnişinlərin həyatını təhlükə altında qoyurlar.

Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

Sahibkarlarla sürücülər arasında əmək müqaviləsinin bağlanmaması, vergidən yayınmaları, avtobusun texniki baxışdan, sürücünün tibbi müayinədən keçməməsi isə bir ayrı mövzudur. Bakının nisbətən kənar kənd və qəsəbələrində ictimai nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin isə ümumiyyətlə, sürücülük vəsiqəsi belə yoxdur.

“Ən çox qəzalar nəqd ödəniş olan avtobuslarda olur”

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov ictimai nəqliyyatda baş verən yol qəzalarını daha çox subyektiv səbəblərlə bağlayır. Ekspertin sözlərinə görə, əksər hallarda avtobuslarda baş verən qəzalar nəqd ödəniş sisteminin qaldığı marşrutlarda rast gəlinir.

“Bəzən avtobus qəzalarını yol infrastrukturu ilə də bağlayırlar. Əksər hallarda qəzalar subyektiv səbəblərlə bağlıdır. Gün ərzində 8-10 saatdan artıq avtobusu idarə edən sürücü yorğun olur və bu onun peşəkarlığına təsir edir. Nəqd ödənişin olmadığı avtobuslar qayda pozuntularını törətməyə daha çox meylli olmurlar. “BakuBus” bu baxımdan müsbət presedentdir. Bütün şirkətlər bu formada işləmək istəyirlər”, - deyə ekspert bildirir.

Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

A.Allahverənov hesab edir ki, ictimai nəqliyyatda bu cür xoşagəlməz halların qarşısını almaq üçün ilk növbədə bu şərtlərə əməl olunmalıdır:

1. Nəqd ödəniş olmamalı, sürücü aylıq maaş almalıdır;

2. Avtobuslarda topoqraflar olmalıdır ki, qayda pozuntuları olarsa, qeydə alınsın;

3. Dövlət nəzarəti daha effektiv olmalıdır. İctimai nəqliyyata daha güclü vasitələrlə nəzarət olunmalıdır.

Ekspert hesab edir ki, “BakuBus” şirkəti yaranandan bir xeyli problemlər öz həllini tapıb. Lakin bütün problemlərin Agentliyin yaranması ilə dərhal həll olunmasını gözləmək düzgün deyil. 5 ilə yaxın idi ki, kart sisteminə keçməklə bağlı fikirlər olsa da, yalnız 2016-cı ildə vahid kart sisteminə keçildi. Çünki burada çoxlu şirkətlərin toqquşan maraqları var idi.



Hər avtobus sürücünə ildə 10-15 protokol tərtib olunur

Respublika Baş Dövlət Yol Polisi İdarəsi (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə belə qəzaların qarşısının alınması ilə bağlı yol polisinin lazımi tədbirlər həyata keçirdiyini bildirdi. Şöbə rəisinin virtualaz.org-a bildirdiyinə görə, avtobus qəzalarının qarşısının alınması üçün hər şeyi yol polisindən gözləmək düzgün deyil, ümumiyyətlə, sərnişin nəqliyyatı siseminə nəzarət gücləndirilməlidir.

Bakıda artan avtobus qəzaları: 20 qəpiyə oxşayan sərnişinlər, ildə 10-15 protokol

“Çünki yol polisi bütün nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edir. Avtobus qəzalarının qarşısının alınması məqsədilə sərnişindaşıma xidməti göstərən sahibkarlara nəzarət bir qədər gücləndirilməlidir. Müvafiq kateqoriya olmadan sükan arxasında oturan şəxslər, nəqliyyat vasitələri reysə çıxmazdan əvvəl onun texniki vəziyyətinə nəzarət, sürücülərin vaxtında müayinədən keçmə və s. təhülkəsizliyin təmin olunmasına bilavasitə kömək edir. Təəsüflər olsun ki, ayrı-ayrı şəxslər tərəfindən bu sahəyə nəzarətin zəif olması yollarda sərnişin daşıyan nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb olur. Bununla bağlı bizim tərəfimizdən inzibati tədbirlər görülür və nəticə olaraq sərnişin və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzalarınnı sayı azalıb”, - deyə K.Əliyev qeyd edir.

Şöbə rəisi bir çox sərnişinlərin avtobus sürücülərinin törətdikləri qayda pozuntularına yol polisinin bəzən göz yumması ilə bağlı səslənən fikirlərinə də münasibət bildirdi. Onun sözlərinə görə, sərnişinlər tərəfindən göstərilən irad ilk baxışda düzgün görünsə də, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol verilən qayda pozuntuları zamanı avtobuslar əsasən sonuncu dayanacaqda saxlanılırlar. Yəni, il ərzində hər bir avtobus sürücüsünə ən azı 10-15 cırimə protokolu göndərilir:

“Çünki qaydanı pozan avtobusu yerində saxlayıb cərimələmə, protokol yazma ən azı 60 dəqiqə vaxt aparır. İçərisində sərnişinlər olan avtobusu bu qədər saxlamaq mümkün deyil. Biz çox vaxt elektron protokol göndəririk, bu texniki vasitələrin köməyi ilə avtobusun məxsus olduğu şirkətə və ya fiziki şəxsə göndərilir. Avtobusda olan sərnişin isə bunu görmədiyindən onda belə bir fikir yaranır ki, avtobus sürücüləri cəzalandırılmırlar. Amma sərnişinlər narahat olmasınlar, bütün qanunu pozan avtobus sürücüləri məsuliyyətə cəlb olunur. Bakıda elə bir avtobus sürücüsü yoxdur ki, il ərzində ona 10-15 protokol tərtib olunmasın”.

Qaydalar sərtləşdirilib, amma…

Qeyd edək ki, 2015-ci ilin son ayından ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minib. Sərnişin avtobuslarının texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800 manatadək miqdarda cərimə edilirlər. Əvvəllər isə bu cərimələr yalnız tibbi müayinənin təşkil edilməməsinə görə müvafiq olaraq 150-200 və 40-50 manat məbləğində olurdu.

Bundan əlavə, icazəsi olmadan avtobus sürən şəxslər birbaşa olaraq 15 gündən 1 ayadək müddətə inzibati həbs olunur. Əvvəllər isə buna görə sürücü sadəcə 100 manat cərimə olunurdu. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs isə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunur. Əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tətbiq olunurdu.

Dəyişikliyə görə, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər, yəni avtobusun rəsmi sürücüsü 200 manat miqdarında, vəzifəli şəxslər, yəni fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri 500 manat miqdarında, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir. Dəyişikliklər qüvvəyə minənədək buna görə cərimə müvafiq olaraq 60, 200 və 2000 manat idi.

Gülnar Əliyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda daha bir avtobus qəzası: ölən var

    Bakıda daha bir avtobus qəzası: ölən var ...

    10-09-2013, 15:31

  • 
  • Bakıda avtobus qəzası

    Bakıda avtobus qəzası ...

    21-11-2014, 10:57

  • 
  • Bakının mərkəzində avtobus qəza törətdi: ana öldü, qızı ağır vəziyyətdə

    Bakının mərkəzində avtobus qəza törətdi: ana ...

    28-02-2016, 09:18

  • 
  • Bakıda avtobus terroru: daha nə qədər adam ölməlidir ki…

    Bakıda avtobus terroru: daha nə qədər adam ...

    22-12-2016, 21:47

  • 
  • İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” edir

    İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” ...

    10-04-2014, 10:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu