Təhsil Nazirliyinin Şəmkir rayon Seyfəli kənd tam orta məktəində aparılan araşdırma başa çatıb. Şəmkir rayon Təhsil Şöbəsindən verilən xəbərə görə, araşdırmanın nəticəsi olaraq Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə tutduğu vəzifədən azad edilib. Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Xatırladaq ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında mediaya şikayət etmiş, bir sıra ittihamlar səsləndirmişdi. O, direktoru pul tələb etməkdə, müəllimlərdən rüşvət yığmaqda ittiham etmişdi. Direktor A.Namazov isə keçmiş laborant Xatirə Əliyevanı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və onun buna görə işdən çıxarıldığını deyib. Direktor mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib, onun kompüterindən “seks videoları” tapdığını iddia etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?