Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?