Yanvarın 30-u və 31-də ölkə ərazisində azı iki intihar olayının baş verdiyi bildirilir. Yanvarın 30-da Bakıda 35 yaşlı kişi özünü asıb. Şüvəlan qəsəbəsi sakini, yeni tikilən evlərdən birində gözətçi işləyən 1982-ci il təvəllüdlü Anar Quliyevin özünə qəsd etdiyi deyilir. Yanvarın 31-də isə Qubada 56 yaşlı kişinin intihar etdiyi söylənir. 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyevin 223-cü Atıcı Diviziyası küçəsindəki fərdi yaşayış evində özünü öldürdüyü bildirilir. Olayların səbəblər açıqlanmır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?