GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rövşən Lənkəranskinin yaxın dostu narkotik üstündə həbs olundu

Rövşən Lənkəranskinin yaxın dostu narkotik üstündə həbs olundu

Tarix: 11-05-2013, 10:24 Bölmə :Ölkə Baxış: 776
Rövşən Lənkəranskinin yaxın dostu narkotik üstündə həbs olundu
Rusiya KİV-ləri gürcü kriminalının ən nüfuzlu liderindən biri, “qanuni oğru” Cemal Mikeladzenin həbs edilməsi barədə məlumat yayıb.

Məlumatlarda “Cemo” ləqəbi ilə tanınan “qanuni oğru”nun bu ilin yanvar ayının 16-da Moskvada öldürülən Aslan Usoyanın (“Ded Xasan”) qətlində əsas fiqurantlardan biri olduğu qeyd edilir. Maraqlıdır ki, bu ilin fevral ayının 1-də də onu Moskva ətrafında həbs etmişdilər və onun cibindən əl qumbarası ilə bərabər narkotik maddə də tapılmışdı.

Onun nə vaxt azadlığa buraxıldığı barədə heç bir məlumat yox idi. “Komsomolskaya pravda” C.Mikeladzenin həbs edilməsi ilə bağlı qərardan yazıb. Qəzetin iddiasına görə, onun sağ ayağının corabından 7,09 qram kokain tapılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Onun minimum iyuladək həbsdə saxlanılacağı deyilir.

“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi tanınır. Onun bundan əvvəlki həbsində hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda “Ded Xasan”ın qətli ilə bağlı “sirlər açılırdı”. Məktubda iddia edilirdi ki, “Ded”lə bağlı qətl planını müzakirə etmək üçün “Rövşən Lənkəranski”, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi “Rövşən Lənkəranski”nin adı keçirdi. Bu məktubun məhz əsas cinayəti “Lənkəranski”yə “yükləmək” məqsədi ilə yayıldığı açıq hiss olunurdu. Sonradan məktubu “Ded” klanın ortaya atdığı barədə şübhələr üzə çıxdı. Amma bir müddət sonra bu məktub unuduldu. “Cemo”nun azadlığa buraxılması barədə isə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilmədi. Bu baxımdan onun yenidən həbs edilməsi maraq doğurur.

Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, “qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə görə, “Cemo”nu kriminal dairələrdə cəlbedici edən onun adətən “oğrulara” xas olmayan xarizmasıdır. “Cemo”nun adı “Rövşən Lənkəranski” ilə ilk dəfə 2010-cu ildə birgə çəkilməyə başlayıb. “Cemo”nun adı “Rövşən Lənkəranski”nin 2010-cu ildə Gürcüstan əsilli “qanuni oğru” Vaqif Süleymanovla (“Marneulski”) keçirilən bir “sxodka”da daha çox xatırlanır. 2010-cu ilin avqustunda “Lənkəranski” ilə V.Süleymanov münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında “Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində “sxodka”ya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə Mamuko qardaşlarından başqa “qanuni oğru”ların ağır artirelliyası hesab olunan Gela Kardava, “Robunzon” və “Paat Malenkiy” iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib. Məlumatlar var ki, bu “sxodka” məhz “Cemo” söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” Vaqifi vurmaq istərkən (bəzi mənbələrə görə, “sxodka”da olan digərləri də Vaqifə hücum çəkib ki, bu da oğru qanunlarında düzgün olmayan hərəkət sayılır) özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Bu “sxodka”dan sonra “Lənkəranski” və “Cemo”nun “Ded Xasan”la münasibətləri daha da kəskinləşib.

Rusiya portalları “Cemo”nun son həbsindən yazarkən bu məsələyə də xüsusi diqqət yetirib.

2011-ci ilin iyununda “Ded” Mişa Lujnetski, Mırıça, Zyatka və məlum “sxodka”da iştirak etmiş Voskresin dəstəyi ilə “Cemo”nu “qanuni oğru” adından məhrum edir. Bu qərarı o, “Cemo”ya hamının iştirakı ilə və deyilənə görə, çox qaba formada telefonda elan edib. 2012-ci ilin noyabrında “Ded Xasan”ın xeyir-duası ilə Canıyevin “oğru” adının da alındığı elan(“praqon”) olunur. Yanvar ayında isə “Ded” özü tarix olur...

“Lənkəranski”nin indi “Cemo” ilə münasibətlərinin hansı səviyyədə olduğunu demək çətindir. Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından biri sayılan R.Canıyev haqda uzun müddətdir ki, heç bir məlumat yoxdur. “Cemo”nun həbsi “Ded Xasan”ın qətlini yenidən gündəmə gətirəcək. Bunun arxasında “Lənkəranski”yə qarşı hansısa planın olub-olmadığı isə tezliklə üzə çıxacaq./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı “vorzakon” belə həbs olundu - Video

    Azərbaycanlı “vorzakon” belə həbs olundu - Video ...

    11-09-2013, 13:07

  • 
  • Rövşən Lənkəranskinin daha bir düşməni həbs olundu - VIDEO

    Rövşən Lənkəranskinin daha bir düşməni həbs ...

    17-09-2013, 12:59

  • 
  • Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər

    Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq ...

    5-07-2013, 23:50

  • 
  • “Rövşən Lənkəranski”nin ən yaxın adamı Macarıstanda tutuldu

    “Rövşən Lənkəranski”nin ən yaxın adamı ...

    20-06-2013, 01:49

  • 
  • Rövşən Lənkəranskinin düşməni, “Türk” ləqəbli qanuni oğru azadlıqda

    Rövşən Lənkəranskinin düşməni, “Türk” ləqəbli ...

    24-07-2014, 14:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu