Azərbaycan-Ermənistan sərhədində həlak olmuş əsgər Çingiz Qurbanovn cəsədi fevralın 5-də geri qaytarılıb. Müdafiə Nazirliyinin məlumatına görə, həyata keçirilən tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə meyitin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub. Cənazə fəxri qarovulun müşayiəti ilə Bakıya yola salınıb. Azərbaycan əsgəri Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində həlak olub. O vaxtdan bəri Azərbaycan Müdafiə Nazirliyi əsgərin meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə vəATƏT-in Minsk Qrupuna müraciət etmişdi. Məsələ ilə bağlı, Avropa Şurasının baş katibi T. Yagland da çağırış etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?