Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Baş Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Nüvər Hikmət oğlu Qasımov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, 23 yaşlı N. Qasımov yaşadığı evin vanna otağında çimərkən oraya isinmək üçün qoyulmuş kömür kürəsindən ayrılan dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N. Qasımova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Sorğu
Yeni dizaynımız necədir?