“Tolişi sədo” qəzetinin təsisçisi və baş redaktoru, hazırda dövlətə xəyanət və digər ağır ittihamlarla həbsdə olan Hilal Məmmədovun sensasiyalı videogörüntüləri yayılıb. Youtube.com videopaylaşım saytında yayımlanan 58 dəqiqəlik kadrlar qondarma “Talış-Muğan Respublikasının” təsis yığıncağındadndır. Bu yığıncaqda Hilal Məmmədov sədarətdə - Ələkram Hümbətovun solunda əyləşib.
Xatırladaq ki, bir çox hüquq müdafiəçiləri Hilal Məmmədovu siyasi məhbus adlandırırlar.
İstintaq isə onu dövlətə xəyanətdə təqsirli bilir.
“İstintaqla müəyyən edilmişdir ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan Hilal Məmmədov 1992-ci ildən etibarən Iranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərmiş, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait alıb”. Bunlar Baş Prokurorluq və Daxili Işlər Nazirliyinin H.Məmmədovla bağlı yaydığı rəsmi məlumatdandır.
AzPolitika.info Hilal Məmmədovla bağlı şübhələri gücləndirən videonu (O, 2-ci dəqiqədən sonra çıxış edir) təqdim edir:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?