“Qızımın həyatda qala bilməsi üçün isə təxminən 40-50 min ABŞ dolları vəsait tələb olunur. Yalvarıram yardım edin”
Tovuz rayon sakini Ağayeva Kəmalə Əlicabbar qızı üzləşdiyi haqsızlığa son qoyulması üçün ölkə başçısına müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik: “Mən Ağayeva Kəmalə Əlicabbar qızı Tovuz rayonu N.Nərimanov küçəsi ev 47-də (Tel: 051-451-22-37) yaşayıram. Sizə ərz edirəm ki, 17.02.2017-ci il tarixində təxminən axşam saatlarında xəbər tuddum ki, qızım Vəliyeva Şəhla Vidadi qızı 09.02.2017-ci il tarixində gecə saat 12:00 radələrində 99-EP-022 nomrəli, “PRADO” markalı avtomobildə Xızı rayonunda yol qəzasına düşüb və ağır yaralı vəziyyətdə “ Semaşko” adlanan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Bu xəbəri eşidən kimi mən Tovuz rayonundan avtobusa oturaraq Bakı şəhərinə gəldim. Qızım Vəliyeva Şəhlanın durumu çox ağırdır. Həddən artıq çox qan itirib. Çanaq sümüyü qırılaraq qarın boşluğunu deşib. Hal-hazırda həkimlər narkotik tərkibli iynələr vuraraq ağrılarının qabağını müvəqqəti alırlar.Avtomobili idarə edən Nahid adlı şəxs yuksək miqdarda spirtli içki qəbul etdiyi üçün yüksək sürətlə avtomobili idarə edirmiş. Şahidlərin dediyinə görə Nahid adlı şəxsi məsuliyyətdən yayındırmaq məqsədi ilə polislər hadisəni Hüseyin adlı başqa bir şəxsin boynuna atmaq istəyirlər. Ilkin qoyulmuş diaqnozda məlum olmuşdur ki, qızım Vəliyeva Şəhlanın çanaq sümüyu avtoqəza nəticəsində bərpası mümkün olmayacaq dərəcədə cox sayda qəlpəli qırılmışdır. Eyni zamanda qızımın diz qapağı qırılmış və sifətində kəsilmiş yaralarla müşahidə edilən kəllə beyin travması almışdır. Mən bütün bu olanlardan xəbər tutanda artıq cinayətkarlardan biri (Şahin adlı şəxs) qızımı izi itirmək məqsədi ilə “Semaşko”-dan travmatologiya institutuna (Nəsimi bazarının yanındakı) köçürmüşdür. Aldığım məlumata görə həmin şəxslər hal- hazırda məsuliyyətdən yayınmaq məqsədi ilə qızımın ağır xəsarət aldığını gizlətmək üçün həkimlərlə və Xızı rayon polis şöbəsi ilə qanundan kənar danışıqlar aparır. Hətta eşitdiyimə görə Xızı rayon polis şöbəsinin rəisi cinayət işini ört -basdır etmək üçün həmin Nahid adlı şəxsdən 20 min manat rüşvət tələb edib. Cənab prezident, Əgər ədalətin üzə çıxması, cinayətkarların cəzalandırılması sizin üçün önəmlidirsə, səlahiyyətinizdən istifadə edib, bu məsələni ciddi araşdırın. Qızım Vəliyeva Şəhla ömürlük şikəst qalacaq bir xəsarət alıb və həkimlərin dediyinə görə Azərbaycanda müalicəsi mümkün deyil. Qızımın həyatda qala bilməsi üçün isə təxminən 40-50 min ABŞ dolları vəsait tələb olunur. Yalvarıram yardım edin. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?