Tovuzda dərman zəhərlənməsi olub. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1995-ci il təvəllüdlü Qurbanova Nərmin İlqar qızı dərman zəhərlənməsi diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. N. Qurbanova bildirib ki o, bilmədən saxlama müddəti bitmiş dərman preparatı qəbul etdiyinə görə zəhərlənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?